Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həmvətənlərimizin başına gələn "sirli" hadisələr silsiləsi: Polşada azərbaycanlı qadın körpəsi ilə itkin düşüb
Həmvətənlərimizin başına gələn "sirli" hadisələr silsiləsi: Polşada azərbaycanlı qadın körpəsi ilə itkin düşüb

Polşada yaşayan azərbaycanlıların sayı sürətlə artır. Hətta indi əminliklə həmvətənlərimizin Avropada ən çox bu ölkədə məskunlaşdığını demək olar. Polşada Azərbaycandan gedən xeyli tələbə var. İş vizası ilə bu istiqaməti seçənlər də az deyil.

Bizimyol.info xəbər verir ki, həyatını Polşada davam etdirmək qərarı vermiş azərbaycanlı qadın körpəsi ilə itkin düşüb. Avropa ölkəsinin mətbuatı bu barədə yazır. Adilə Mehdiyevadan günlərdir xəbər yoxdur. O, Vrotslav şəhərində Sikorskieqo küçəsində yaşadığı mənzili üç gün əvvəl tərk edib. İki aylıq körpəsi qucağında olub. Uşaq arabası mənzildə qalıb. Bundan sonra ailəsi və dostları ondan xəbər ala bilməyib. Adilə Mehdiyevanın üzərində telefonu olsa da, əlaqə saxlamaq mümkün deyil. Onun evdən hansı geyimdə çıxdığı bilinmir. Polşada yaşayan azərbaycanlılar Adilə Mehdiyevanın yerli dildə zəif danışdığını deyirlər. Azərbaycanlı qadın Avropada əsasən ingiliscə ünsiyyət qurmağa çalışırmış. Sosial platformalarda Adilə Mehdiyevanı tanıyan polşalılar onun son vaxtlar depressiv təsir bağışladığını yazırlar. Belə anlaşılır ki, azərbaycanlı qadın həyat yoldaşından ayrılıb. Hər halda polşalıların bu cür qeydləri diqqət çəkir. 28 yaşlı qadın son vaxtlar tanışları ilə az ünsiyyət saxlayırmış.

Yayda Polşada başqa bir azərbaycanlı itkin düşmüşdü. Yusif Həsənovdan bir gün sonra xəbər çıxmayanda tanışları polisə məlumat vermişdi. Sonradan yerli adamlar onu gölə tullananda gördüyünü xəbər vermişdi. Göldə iki gün axtarışdan sonra azərbaycanlının meyiti tapılmışdı.

Dörd il əvvəl Polşada itkin düşdüyü bildirilən Hüsü Lələyevlə bağlı isə xoş xəbər almaq mümkün olmuşdu. Düzdür, onun da başına bədbəxt hadisə gəlmişdi. Azərbaycanlını Çexiyada avtomobil vuraraq qaçmışdı. Hüsü Lələyev yaddaşını itirdiyindən, yaxınları ilə uzun müddət əlaqə saxlamaq mümkün olmamışdı. Təxminən beş aylıq axtarışdan sonra azərbaycanlılar həmvətənini tapıb himayəyə götürməyi bacarmışdı.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »