Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"30 illik işğala son qoymaqla, dünyada güclü dövlətlər sırasına daxil olduq"
"30 illik işğala son qoymaqla, dünyada güclü dövlətlər sırasına daxil olduq"

Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir. 2020-ci il noyabrın 20-də imzalanmış üçtərəfli bəyanat və Ermənistanın kapitulyasiya aktından sonra 30 illik işğala son qoyulması dövlətin siyasi hərbi və diplomatik qələbəsinin sübutudur...

Milli Məclisin deputatı Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan tarixi zəfəri ilə elə bir böyük qələbəyə və qürura imza atıb ki, tariximiz boyu Azərbaycan sözü mövcud olandan müasir dövrümüzə qədər olan müddətdə az belə böyük şanlı tarixi zəfərə imza atmışıq.

Vüqar İskəndərov Vüqar İskəndərov

“İnsan beyni elə formalaşıb ki, içində olduğu bir çox böyük ağrıları, həm də qələbələri uğurları isti-isti hiss etmir. Zamanla onun nə qədər böyük olduğunu hiss və dərk etməyə başlayır. Biz zaman keçdikcə hansı böyük qələbəni, hansı böyük zəfəri qazandığımızı hiss edir, sözün əsl mənasında dünyanın böyük xalqlarından biri yox, dünyanın ən qürurlu xalqı olduğumuzu başa düşürük. Bu, o qədər böyük bir xoşbəxtlik hiss etdirir ki, sözlər bunun izahında kifayətsiz qalır”-deyə deputat qeyd edib.

Deputat işğal illərinə də nəzər salaraq, deyib ki, 30 il öncə böyük güclərin himayəsi və dəstəyi nəticəsində böyük ərazilərimiz işğal edilib, iqtisadi çöküş baş verib.

“30 il ərzində liderlərin qətiyyəti və ağlı ölkəni toplayır, xalqı birləşdirir, iqtisadiyyatı dirçəldir, güclü ordu formalaşdırır, vətənpərvərlər yetişdirilir və sonda böyük tarixi qələbəyə imza atır. Bütün bunlar Azərbaycanın adına yazılan tarixdir.

Biz həqiqətən də bu 30 illik işğala son qoymaqla, dünyanın ən güclü ölkələri sırasına daxil olduq. Bununla beynəlxalq aləmdə möhkəmlənməyimizi sübut etmiş olduq”-deyə Vüqar İskəndərov vurğulayıb. O, bildirib ki, bu qələbə bizi ölkəmizin inkişafı üçün çalışmağa sövq edir.

Deputatın fikrincə, bununla hər şeyin bitdiyini düşünməməliyik. Düşünməməliyik ki, erməni və onun havadarları artıq sakit durub kənardan bizi və bizim bu qürurlu anlarımızı izləyəcəklər. Yenə də düşmən bu və digər formada düşmənçiliyini davam etdirəcək.

“Biz güclənəcəyik daha da inkişaf edəcəyik. Və xalq olaraq, ölkə başçısının ətrafında müharibə dövrlərində olduğu kimi yumruq kimi birləşərək, gücümüzü və qüdrətimizi qoruyub saxlayacağıq”-deyə deputat fikrini yekunlaşdırıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »