Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan bütün əraziləri boyunca suverenliyə sahib olan müstəqil dövlət oldu"
"Azərbaycan bütün əraziləri boyunca suverenliyə sahib olan müstəqil dövlət oldu"

“Bu il aprel ayının 23-də Laçın yolunda nəzarət buraxılış məntəqəsini qurmaqla, bütün ərazilərimiz boyunca suverenliyimizin təmin olunması istiqamətində olduqca, təsirli bir şərti təmin etmiş oldu. Laçın yolunda buraxılış nəzarət məntəqəsinin qurulması, elə 2020-ci ildə Vətən müharibəsində olan qələbəmiz qədər əhəmiyyətli idi. Bir o qədər də əhəmiyyətli 2023-cü il sentyabr ayının 19 və 20-də həyata keçirdiyimiz lokal antiterror tədbirləri idi. Lokal anti terror tədbirləri nəticəsində biz ölkəmiz ərazisində 30 ildən artıq mövcud olan separatizmə son qoyduq. Və Azərbaycan dövlətçilik tarixini yeniləmiş, müstəqillik tariximizi biz formalşadırmış olduq”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu danışıb. O, qeyd edib ki, Azərbaycan müstəqilliyinə qovuşduğu zaman, artıq Xankəndi və ətraf ərazilər üzərində demək olar ki, nəzarəti itirmiş, Qarabağda - Xankəndində ekstremizm yolu ilə separatçı bir rejim formalaşdırılmışdı. Bu isə, müstəqillik hisslərini tamamlamağa imkan vermirdi.

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu

“Azərbaycan prezidenti cənab İlham Əliyevin strateji baxışları, iradəsi və əzmi sayəsində Azərbaycan nəhayət ki, bütün əraziləri boyunca suverenliyə sahib, müstəqil dövlət oldu. Cənab prezidentin özünün də dediyi kimi, “müstəqillik şərti ola bilməz”. Azərbaycan, sözün əsl mənasında bütövlüyü təmin olunmuş bütün ərazisi boyunca suverenliyə sahib bir müstəqil dövlətə çevrildi”-deyən deputat hesab edir ki, Vətən müharibəsi Azərbaycan dövlətçilik tarixinin ümumiyyətlə, Azərbaycan xalqının bütün mövcudluq tarixinin dönüş nöqtəsi idi.

Deputaın fikrincə, biz bu gün tamam yeni obrazda beynəlxalq münasibətlərdə əməkdaşlıqda iştirak etməkdəyik. Və Azərbaycan öz maraqları çərçivəsində tam müstəqil siyasət yeridən azsaylı dünya dövlətlərindən biri olmaqla, müasir proseslərə və reallıqlara təsir imkanlarını da əhəmiyyətli dərəcədə artırmışdır. Bu təsir imkanları isə, bizim milli maraqlarımıza inkişafımıza xidmət edən elementləri formalaşdırmaqdadır.

P.S. 2023-cü il sentyabrın 20-də cəmi 23 saat 51 dəqiqə ərzində birləşmələrinin təslim olmağa məcbur edilməsi, oktyabrın 15-də isə Xankəndində Azərbaycan bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə 44 günlük müharibə və 8 noyabr Zəfər gününə bərabər növbəti parlaq qələbə oldu. 2023-cü il sentyabrın 20-də əldə olunan qələbə, siyasi və mənəvi əhəmiyyətinə görə Zəfər Gününə bərabər və onu tamamlayan tarixi hadisədir. Biz yeni tarix yazdıq. Və bu tarixdən hələ uzun illər danışılacaq...

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »