“Mən elə bir müharibə statistikası bilmirəm ki, ərazilər bizim ərazilər qədər minalarla kirləndirilmiş olsun. Müharibələr bitə bilər, amma mina sahələrinin yaradılması müharibədən sonra vurulacaq zərərlərin planlarıdır. Müharibədən sonra yüzlərlə vətəndaşımız mina sahələrində ziyan görüb”.
Bu barədə Bizimyol.info xəbər portalına hərbi ekspert Elxan Şıxəliyev danışıb. Ekspert, "Ohanyan həddi"ndən də söz açıb. O, bildirib ki, Ohanyan həddinin yaradılması vəhşicəsinə hesablanmış bir plan idi. Ermənistan hərbi büdcəsinin yarısını İranla Kəlbəcərə qədər olan təmas xəttindəki "Ohanyan həddi"nə "basdırmışdı".
Elxan Şıxəliyev“Bu, ona hesablanmışdı ki, günün birində Azərbaycan silahlı qüvvələri əks hücum əməliyatlarına başlamış olsalar çox itki versinlər. 44 günlük müharibənin tarixinə baxan zaman da, xüsusən də müharibənin ilk üç günü hərbçilərimiz sırf Ohanyan xətti üzərindən keçərkən zərər görüblər. Allah şəhidlərimizə rəhmət eləsin”-deyən ekspert vurğulayıb ki, qanımız bahasına aldığımız torpaqlar bizə hədiyyə olunmayıb. Biz həm 44 günlük müharibədə, həm də lokal antiterror tədbirində Ermənistan layiqli cəzasını və cavabını vermişik. Ermənistan silahlı qüvvələrinin 60-70 faizini ərazilərimizdə itirərək, 11 min nəfər fərari ilə burdan qaçıb getmələri onlara ən böyük dərs idi. Bu tarixdən nəticə çıxarmamalarının, bizi tanımamalarının bir daha sübutu idi.
“Digər bir məsələ, Ermənistanın 5000-ə yaxın qaytarılan və qaytarılmayan itkilərinin olması idi. Hər zaman əks hücum əməliyyatları keçirən tərəfdə itkilər müdafiə olunan tərəfdən 3 dəfə artıq olmalıdır. Amma bizim silahlı qüvvələrimizin 44 günlük müharibədə əzmlə, xüsusi döyüş taktikası ilə mübarizə aparması nəticəsində itkilər bizdə 2 dəfə az olmuş oldu”-deyə ekspert vurğulayıb.
İradə Cəlil, Bizimyol.info






