Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"44 günlük müharibə və lokal antiterror tədbirində də mülki əhaliyə silah tətbiq olunmadı"
"44 günlük müharibə və lokal antiterror tədbirində də mülki əhaliyə silah tətbiq olunmadı"

“Azərbaycan ləyaqətli müharibə aparıb. Ləyaqətli xalq, ləyaqətli dövlət ləyaqətli müharibə aparır. Baxmayaraq ki, ermənilər 30 ildir ki, bizim həm mülki vətəndaşlarımıza etmədikllərini buraxmadıqları halda, biz həm 44 günlük müharibədə, həm də lokal antiterror tədbirində çalışdıq ki, mülki əhaliyə qarşı heç bir silah tədbiq olunmasın”.

Bu barədə Bizimyol.info xəbər portalına hərbi ekspert Elxan Şıxəliyev danışıb. Onun sözlərinə görə, nəticə etibarilə nə 44 günlük müharibə, nə də lokal antiterror tədbirinin nəticəsinə görə, dünyada heç bir ölkə Azərbaycanı mülki əhaliyə qarşı davranışlarından dolayı qınaya bilmədi. Çünki buna səbəb və ya fakt yox idi. Faktın olmamasına səbəb isə, bizim əlimizdəki 4-5 ci nəsil texnologiyalarla dəstəklənən hərbi texniki parkımızın olması idi. Bizi silahlı qüvvələrimiz dəqiq nöqtə zərbələri həyata keçirə bilirdilər. Bunu hər ordu edə bilməz. Hər ordu ləyaqətli müharibələr apara bilməz.

Elxan Şıxəliyev Elxan Şıxəliyev

“Biz bu gün Rusiya-Ukrayna müharibəsinə və İsrail-Fələstin qarşıdurmasına şahidik, nəticələrini görürük. Mülki əhali üzərində necə qəbuledilməz əməliyyatların aparılması göz önündədir. Azərbaycan isə, müharibədə də ləyaqətini qorudu”-deyən Elxan Şıxəliyev vurğulayıb ki, bu gün 88-ci ildən bu günə qədər ərazilərimizin bütövlüyü və suverenliyimiz uğrunda şəhid olan hər bir şəxsin ruhu bu gün şaddır.

“Xüsusən ümumimilli liderin də ruhu şaddır. Çünki ordunun ilkin mərhələdə yaranmasının atəşkəsdən sonra əsas səbəbkarı və əsas yaradıcısı ümumimilli lider idi. Estafet çox uğurla qəbul olundu və ərazimizin bütövlüyü və suverenliyi təmin olundu. Artıq biz başqa xalq olacağıq. Ləyaqətli xalq, başı uca xalq, qalib xalq kimi bu sinerji gənclərimizə ötürüləcək. Əsas məsələ budur ki, bizim qalib gəncliyimiz çox fərqli olacaq”-deyə Elxan Şıxəliyev əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »