Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan sülh müqaviləsinin "3 əsas prinsip"i barədə danışıb
Paşinyan sülh müqaviləsinin "3 əsas prinsip"i barədə danışıb

"Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin hazırlanması çərçivəsində üç əsas prinsipin razılaşdırıldığını bildirib. Tərəflər artıq razılaşdırılmış prinsiplərə sadiq qalarsa, sənəd tezliklə imzalanacaq".

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.

Bildirilir ki, Paşinyan parlamentdə 2024-cü ilin büdcə layihəsinin müzakirələri zamanı qeyd edib ki, birinci prinsip ərazi bütövlüyünün qarşılıqlı tanınmasıdır. Beləliklə, Bakı Ermənistan Respublikasının 29,8 min kv.km. ərazisini, İrəvan isə Azərbaycanın 86,6 min kv.km. ərazisini tanıyır: “Demək istəyirəm ki, bu rəqəmlərin dəqiqliyi tənqidə səbəb olur. Dəqiq rəqəmlərə ənənəvi inamsızlıq burada da işə düşür. Siyasi müstəvidə razılaşma əldə olunub və fikir tərəflərin təsiri altında olmayan mənbəyə istinad etməkdən ibarət olub. Eyni zamanda tərəflər anladılar ki, bu mənbə əsasında sərhədin demarkasiyası və delimitasiyası aparılacaq”, - deyə baş nazir izah edib və əlavə edib ki, rəqəmlər 1977-ci il Sovet ensiklopediyasından götürülüb.

İkinci prinsip, Paşinyanın fikrincə, belədir: tərəflər Alma-Ata bəyannaməsi əsasında sərhədin delimitasiyası barədə razılığa gəliblər. Yəni, tərəflər ondan çıxış edirlər ki, sovet respublikalarının inzibati sərhədləri artıq ölkələrin dövlət sərhədləridir, ona görə də onların toxunulmazlığını tanımaq lazımdır.

O, bu məsələdə o dövrün reallığını əks etdirən xəritələrin olmasının vacib olduğunu vurğulayıb. Ermənistanın baş naziri əlavə edib ki, onlar mövcuddur: “Siyasi iradə olarsa, danışıqlarda irəli gedə bilərik”, - deyə hökumət başçısı bildirib.

Paşinyan üçüncü prinsipi keçdikləri ölkələrin yurisdiksiyasında fəaliyyət göstərməli olan regional kommunikasiyaların bərabərlik və qarşılıqlılıq əsasında açılması olduğunu bildirib.

Bundan əvvəl Ermənistan Respublikası xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirmişdi ki, Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi alıb, İrəvan cavab üzərində işləyir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »