Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Prezidenti Roma Papası ilə telefonla danışıb
Türkiyə Prezidenti Roma Papası ilə telefonla danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Katolik Xristianların Ruhani Lideri, Vatikanın rəhbəri Papa Fransisk ilə telefon danışığı aparıb. Görüş zamanı İsrail və Fələstin arasındakı münaqişələr və regionda getdikcə daha ciddi insan hüquqları pozuntuları müzakirə edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Prezidetin Əlaqələr İdarəsi məlumat verib.

Görüş zamanı prezident Ərdoğan İsrailin Qəzzaya qarşı heç bir müqəddəs mətndə yeri olmayan hücumlarının qətliam həddinə çatdığını, beynəlxalq ictimaiyyətin baş verənlərdən xəbərsiz olmasının insanlıq üçün utanc verici olduğunu, bütün dövlətlərin bu bu bəşəri faciəyə qarşı səslərini ucaldacaq addımı atmalı olduğunu bildirib.

Türkiyə Prezidenti üç tək tanrılı dinin müqəddəs məkanlarına ev sahibliyi edən bölgədə daimi sülhün ancaq 1967-ci il sərhədlərində Şərqi Qüds olmaqla, müstəqil, suveren və coğrafi cəhətdən inteqrasiya olunmuş Fələstin Dövlətinin qurulması ilə mümkün olacağını söyləyib.

Rəcəb Tayyib Ərdoğan həmçinin Türkiyənin Qəzzaya humanitar və tibbi yardımların çatdırılması üçün böyük səylər göstərdiyini, yardımların günahsız mülki şəxslərə fasiləsiz çatdırılması üçün hər kəsin bu səylərə aktiv şəkildə dəstək verməsinin lazım olduğunu bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »