Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mustafa Kamal Atatürkün azərbaycanlı səfir İbrahim Əbilovun qızına qoyduğu ad - "Anadolu"
Mustafa Kamal Atatürkün azərbaycanlı səfir İbrahim Əbilovun qızına qoyduğu ad - "Anadolu"

Türkiyəli şair, yazıçı, jurnalist, araşdırmaçı və teatr aktyoru Şükrü Sunay Akın 1921-ci ildə Azərbaycan SSR-in Türkiyədə fövqəladə və səlahiyyətli səfiri olmuş, Sovet-Türkiyə, o cümlədən Azərbaycan-Türkiyə dostluq münasibətlərinin təşəkkül tapmasında və möhkəmləndirilməsində böyük rol oynamış İbrahim Əbilovla bağlı paylaşım edib.

Bizimyol.info xəbər verir ki, Sunay Akın, bu barədə öz sosial şəbəkə hesabında yazıb.

"Bakı Həmsöhbət Toplantıları Klubunun müddətli prezidenti Ali İhsan Gənc aylar əvvəl İstanbul Oyuncaq Muzeyinə gəldi və məni oktyabrın 21-də təşkil edəcəkləri Cümhuriyyət tədbirinə dəvət etdi. İşim çox olduğundan 24 saat qala bildiyim Bakıda səfərdə olduğum yerlərdən biri də İbrahim Əbilovun məzarı oldu", - deyə Şükrü Sunay Akın bildirib. O , qeyd edib ki, 1921-ci ildə İbrahim Əbilov Azərbaycan Sovet Sosialist Respublikasının Ankaradakı səfiri təyin edilib.

"Əbilovun qızı Qurtuluş savaşının getdiyi Ankarada doğulub. Səfir qızının adını “Anadolu” qoyub. Bu adı ona verən isə Mustafa Kamal Atatürk olub!..

Məzar daşından da göründüyü kimi, Əbilov Atatürkün anadan olması ilə Cümhuriyyətimizin qurulması arasında qısa bir ömür yaşayıb... Ruhu şad olsun!", deyə yazıb.

Qadir, Bizimyol.info

Qeyd: Fotoda Əbilov Atatürkün solundadır.

Son xəbərlər
Bütün xəbərlər »