Bir neçə gün əvvəl dünya “Həmas”ın İsrailə hücumu və müharibə elan etməsi ilə silkələndi. “Həmas” qruplaşmasının İsrail sərhədlərini sakit şəkildə yararaq keçməsi bir mənalı qarşılanmadı. Dünya bu məsələ ətrafında şaxələndi. Bəziləri Rusiyanı, bəziləri İranı günahlandırdı. Bəziləri isə bunun İsrailin bir oyunu adlandırdı. Hər gün hər iki tərəfdən yüzlərlə insan həlak olur. Bölgədə ciddi gərginlik var...
Bu gərginlik Azərbaycana sıçraya bilərmi? Ermənistan vəziyyətdən necə istifadə edə bilər ?
Politoloq İlyas Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İsrail və Fələstin arasında olan münasibətlərin gərginləşməsi, yəni müharibənin başlanması müəyyən mənada ilin əvvəlində proqnozlaşdırılır, bu barədə müxtəlif fikirlər bildirilirdi. Belə ki, dünyanın aparıcı media orqanları və beyin mərkəzləri belə bir ssenarini nəzərdən keçirdirdilər.
İlyas Hüseynzadə“Lakin müharibədə Azərbaycan cəmiyyəti, Azərbaycan əhalisi dərhal tərəf tutmağa başlayır. Bu dövlətin mövqeyi ilə uyğunluq təşkil etməsə də, bəzi şəxslər İsraili, bəziləri Fələstini dəstəkləyir. Mənim fikrimcə, balanslaşdırılmış mövqedən çıxış etmək ən doğru seçimdir. Çünki İsraillə Azərbaycan arasında strateji münasibətlər var. Hərbi, texniki, təhlükəsizlik və enerji sayəsində çox yaxşı münasibətlər sistemi formalaşıb” deyə politoloq bildirib. Onun sözlərinə görə, Fələstin də islam dünyası arasında həmrəyliyin və əməkdaşlığın qorunması baxımından önəmli bir amildir.
Politoloq vurğulayıb ki, Azərbaycan İsraildə səfirlik açanda Fələstində də diplomatik nümayəndələr təsis etdi. Bu məsələ isə, balanslı olan bir münasibətin göstəricisidir. İlyas Hüseynov qeyd edib ki, bu müharibədən Ermənistan öz xeyrinə istifadə etməyə çalışır.
Eynj zamanda gərginliyi, revanşizmi Cənubi Qafqaza daşımaq niyyətini biruzə edir.
“Burada təhlükəsizlik sisteminin gücləndirilməsinə, bu sahəyə diqqətin ayrılması mühüm bir məsələdir. Düşünürəm ki, məhz Azərbaycan Qarabağ məsələsini həll etdikdən sonra bu təhlükəsizlik seqmentinin gücləndirilməsi ən prioritet məsələ olmalıdır. Çünki bu gün silahlar işə düşür, beynəlxalq hüquq tapdanır və güc faktoru önə gəlir. Əgər güc faktoru aktualdırsa, Azərbaycan da öz ordusunun təhlükəsizliyini gücləndirməlidir”-deyə politoloq izah edib.
İradə Cəlil, Bizimyol.info






