Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Füzuli sakinləri doğma yurdlarına dönürlər
Füzuli sakinləri doğma yurdlarına dönürlər

Füzuli sakini Şəhriyar Vəliyev deyib ki, doğma yurda qayıtmaq bizdə böyük qürur hissi yaradıb.

Bizimyol.info xəbər verir ki, oktyabrın 11-də Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən keçmiş məcburi köçkünlərin Füzuli rayonuna yolasalma mərasimi olub.

Bu mərhələdə Füzuli şəhərinə 22 ailə, yəni 59 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 187 ailə, yəni 661 nəfərin daimi məskunlaşması təmin edilib.

Doğma yurduna dönməyə hazırlaşan Şəhriyar Vəliyev Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyib. Azərbaycan Ordusuna, xalqımızın qəhrəman övladlarına minnətdarlığını bildirib.

Son xəbərlər
Bütün xəbərlər »