Birinci Qarabağ Müharibəsinin qəhrəmanlarından olan Qasımov Natiq Səlim oğlu, 1971-ci ildə Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində anadan olmuşdu. Ermənilər Azərbaycanın ərazilərinə hücum etdiyi zaman 1991-ci ildə könüllü olaraq Ağdam rayonunda təşkil edilmiş «Qaradağ şahinləri» taboruna yazılaraq Vətənin müdafiəsində iştirak edib. 1 il sonra martın 12-də Xocalı rayonu, Pirlər (Xramort) kəndi istiqamətində gedən döyüşdə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb.
Natiq əsl qəhrəman idi. Belə ki, Xocalı rayonu, Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı 6 döyüş yoldaşı həlak olduqdan sonra 5 gün ac-susuz orada qalaraq təkbaşına döyüşür. Gülləsi bitdiyi üçün 6-cı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülür.
Etibarlı mənbələrə görə, səhra komandiri Vitali Balasanyan Natiq Qasımova erməni əsgərlərin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr verərək onu qətlə yetirir. Xatırladaq ki, Vitali Balasanyan 1988-ci ildən etibarən azərbaycanlıların Qarabağ ərazisindən etnik təmizləmə prosesində, Xocalı soyqırımın və digər terror aktlarının həyata keçirilməsində böyük rol oynamış, eyni zamanda Qarabağda yaradılmış qondarma separatçı rejimin “müdafiə nazirinin müavini” və “təhlükəsizlik şurasının rəhbəri” olub.
Sentyabrın 19-20-də Azərbaycanın keçirdiyi lokal antiterror tədbiri zamanı əzəli Azərbaycan torpağı Qarabağ erməni işğalçılarından təmizləndi. Qondarma rejimin rəhbərləri həbs edilərək, Azərbaycana gətirildi.
Milli Məclisin deputatı Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan dövləti Qarabağda erməni separatizmin yuvasını dağıtmış və bütün ərazilərdə suverenlik bərpa etmişdir. Artıq azərbaycanlılara qarşı soyqırımlar törətmiş və hərbi cinayətlərdə əli olmuş erməni terrorçuları həbs olunaraq Bakıya gətirilir və barələrində açılmış cinayət işlərinə görə istintaq tədbirləri həyata keçirilir.
Azər Badamov“Bu həbslərə Vaqif Xaçıturytanın Laçın sərhəd keçid məntəqsində həbsi ilə balanmış və Vardanyan, Arutunyan və digərlərin həbsi ilə davam etdirilib. Vaxtilə Azərbaycana qarşı özlərini canavar kimi aparan separatçılar bu gün həbsdə siçana dönüb. O cümlədən, azərbaycanlılara qarşı hərbi cinayətlər və soyqırımlar törətmiş Balasanyan, Sarkisyan, Köçəryan, Balayan və digərləri beynəlxalq axtarışa verilib. Onlar da həbs olunacağı günü gözləyirlər. Düzdür, onlar ərazilərimizi tərk edərək, müvəqqəti olaraq cinayət məsuliyyətinə cəlb olunmaqdan yayına bilib. Amma onların barələrində açılmış cinayət işləri bağlanmır və fürsət düşən kimi onların hamısı həbs olunraq zindana salınacaq”-deyən Azər Badamov vurğulayıb ki, cinayət cəzasız qalmamalıdır.
İradə Cəlil, Bizimyol.info






