Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AADA-nın təşkilatçılığı ilə Bakıda yapon avtomobillərinin sərgi festivalı keçirilib - Video
AADA-nın təşkilatçılığı ilə Bakıda yapon avtomobillərinin sərgi festivalı keçirilib - Video

Oktyabr ayının 7-də Park Bulvar AVM-də Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) təşəbbüsü ilə yapon avtomobillərinin festivalı keçirilib.

Bizimyol.info xəbər portalının rəsmi tərəfdaşı olduğu avtofestivalda Yaponiyanın məşhur avtomobil markalarından olan "Toyota", "Mazda", "Nissan", "Subaru", "Mitsubishi", "İnfiniti", "Lexus" və "Honda" şirkətlərinin müasir nəqliyyat vasitələri təqdim edilib. Tədbir çərçivəsində müxtəlif hədiyyəli viktorinalar, kompüter oyunları, yapon anime qəhrəmanlarının iştirakı ilə şoular təşkil edilib.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev yapon avtomobil sərgisi ilə bağlı Bizimyol.info xəbər portalına bildirib ki, yapon avtomobilləri bu sərgidə 10 ədəd nəqliyyat vasitəsilə tanıdılır: "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası olaraq bu günlərdə artıq ikinci avtomobil festivalını keçiririk. Ötən həftə biz Çin avtomobilləri günlərini keçirmişdik, bu həftə isə biz üç günlük yapon avtomobilləri sərgisini keçiririk. Sərgidə müxtəlif markalardan olan 10 avtomobil iştirak edir və sərgi 6-8 oktyabr tarixlərində üç günlük davam edir".

Bizimyol.info xəbər portalı avtomobil festivalından görüntüləri təqdim edir:

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »