Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İsrail xalqının başına gələn terror hadisəsinə görə kədərlənirik" - Video
"İsrail xalqının başına gələn terror hadisəsinə görə kədərlənirik" - Video

Gərginləşən İsrail-Fələstin münasibətlərinin qanlı toqquşmalara çevrildiyi bu günlərdə terror hücumlarının qurbanı olan israillilər İsrail Səfirliyi önündə tər qərənfil dəstələri ilə yad edilib. Səfirlik önünə axışan yerli sakinlər və eləcə də ölkəmizdə yaşayan yəhudi icmasının üzvləri burada müharibə qurbanlarının əziz xatirəsinə dualar oxuyub, onları hörmət və ehtiramla yad ediblər.

Müharibə və terror qurbanlarının əziz xatirəsini yad etmək üçün İsrail Səfirliyi önünə qərənfil dəstələri, şam və oyuncaqlar qoyan vətəndaşlar, İsraildə baş verən terror hücumlarını pisləyib və bildiriblər ki, Azərbaycan da eynilə İsrail kimi terrordan və seperatizmdən əziyyət çəkən ölkələrdən biridir: "Dünyada terror hadisələrinin çoxalması təəssüfdoğurucu hisdir. Azərbaycan da uzun müddətdir ki, terror məqsədli fəaliyyətlərlə və işğalçı siyasətlə üz-üzə qaldığı üçün biz də bu ölkənin vətəndaşı olaraq həmin hislərin necə bir duyğu olduğunu çox yaxşı bilirik. İsrail xalqı bizimlə dost xalqdır və biz çox kədərləndik ki, onların başına belə hadisələr gəlib. Biz İsrail xalqı ilə həmrəyik".

Bizimyol.info xəbər portalı səfirliyin önündən görüntüləri təqdim edir:

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »