Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrailin BMT-dəki nümayəndəsi HƏMAS-ın İrana təşəkkür etdiyi videonu paylaşıb
İsrailin BMT-dəki nümayəndəsi HƏMAS-ın İrana təşəkkür etdiyi videonu paylaşıb

İran prezidenti İbrahim Rəisi fələstinlilərin özünümüdafiə hüququnu dəstəklədiklərini və İsrailin münaqişəli bölgəni təhlükəyə atdığına görə məsuliyyət daşımalı olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, İsrailin BMT-dəki nümayəndəsi Gilad Erdan HƏMAS liderlərinin terror təşkilatını silah, pul və digər vasitələrlə dəstəklədiyinə görə İrana təşəkkür etdiklərinin əks olunduğu videonu paylaşıb.

Paylaşılan videoda səfirin təqdim etdiyi tərcüməyə görə liderin belə dediyini bildirilib: “İşğalçılarla keçmiş qarşıdurmalar zamanı sionist istehkamlarının vurulmasında bizə raketlərlə, pul, silah və digər vasitələrlə səxavətlə dəstək olan bütün şəxslərə, qruplara və ölkələrə, xüsusən də İran İslam Respublikasına təşəkkür edirəm. Onlar, həmçinin, Allahın lütfü və döyüşçülərimizin imanı ilə sionistlərin üstünlük mifini darmadağın edən tank əleyhinə raketlərlə də bizə dəstək oldular”.

Elçi videonu paylaşarkən yazıb: “Bu vəhşi terror hücumunu kimin maliyyələşdirdiyinə və dəstəklədiyinə dair hər hansı bir şübhəniz varsa: budur, HƏMAS terrorçularının israilliləri öldürmək və qaçırmaqda terrorçulara kömək edən silah, pul və raketlərə görə İrandan başqa heç kimə təşəkkür etmədikləri video. Ayətullah rejimi ahtapotun başıdır. Düşməni uzaqda baxmağa ehtiyac yoxdur".

Səfir Gilad Erdan daha əvvəl də bəyan etmişdi ki, İranın Qəzza zolağından İsrailə qarşı ən böyük hücumunu həyata keçirən Həmas əməliyyatlarına dəstək verdiyinə tam əmindirlər.

“İran Fələstin xalqının qanuni müdafiəsini dəstəkləyir. Sionist rejim (İsrail) və onun havadarları regiondakı xalqların təhlükəsizliyini zərbə altına almaqda məsuliyyət daşıyırlar və onlar bu məsələdə cavab verməlidirlər”, - ”, - deyə dövlət televiziyası Rəisidən sitat gətirib.

O, daha sonra Suriya, Livan və İraq da daxil olmaqla, Həmas və digər qrupların "müqavimət" səylərini təqdir etməklə yanaşı, müsəlman hökumətlərini "Fələstin xalqını dəstəkləməyə" çağırıb.

Bu arada İranın BMT-dəki missiyası bazar günü (8 oktyabr) HƏMAS-ın İsrail üzərinə qanlı hücumlarında Tehranın iştirakını təkzib edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »