İspaniyanın Qranada şəhərində Azərbaycan, Ermənistan, Almaniya, Fransa və Avropa Birliyi formatında beştərəfli görüş olmalıydı. Azərbaycan prezidenti bu görüşdə iştirakdan imtina edib. Səbəb, Türkiyənin bu formata dəvət edilməməsi olub. Eyni zamanda Fransanın aşkar anti-Azərbaycan mövqeyi, eləcə də, Almaniya və Avropa İttifaqı təmsilçilərinin anti-Azərbaycan bəyanatları bu addımın atılmasına səbəb olub.
Türkiyəli jurnalist, siyasi şərhçi Güngör Yavuzaslan Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Avropa Birliyi Qafqazda münasibətlərə və Qarabağa müdaxilə etməyə çalışır. Fransa Xarici İşlər nazirinin ən son İrəvan ziyarəti və buarada verdiyi açıqlamalar, hərbi əməkdaşlıq anlaşmaları imzalaması, birbaşa Azərbaycana qarşı idi. İlham Əliyevin verdiyi qərarın ilk səbəbi də bu idi. İkinci səbəb isə, bu formatda Türkiyənin mütləq şəkildə olmasını Azərbaycan istəyirdi. Bu da qəbul edilmədi.
Güngör YavuzaslanDaha əvvəl Ermənistan və Azərbaycan arasında Avropa Birliyinin iştirakıilə danışıqlar həyata keçirilmişdi. Hazırda Azərbaycanın istədiyi sülh müqaviləsinə gedən bir prosesdir. Bunun üçün də bir yol xəritəsi müəyyən edilməlidir. Ən son da antiterror əməliyyatından sonra Qarabağda olan terror ünsürləri təmizləndi.
“Burada Türkiyə tərəfi daha çox Qafqazda Rusiyanın, Ermənistanın, Türkiyə və Azərbaycanın olduğu bir prosesi dəstəkləyir. Və uyğun olan yol xəritəsi də budur. Ən son Naxçıvan ziyarətində qeyd edildi. Qərbi Zəngəzur dəhlizi və Ermənistan tərəfindən Qarabağdan da əlavə, pozulan Azərbaycan sərhədləri nəzərə alınmalıdır. Bütün bu texniki mövzulara Avropa İttifaqı heç bir təsir edə bilməz. Amma onlar tamamilə Ermənistanın xeyrinə bir siyasət aparırlar. Bu proses hələ bir müddət davam edəcək”-deyə qeyd edən siyasi şərhçi bildirib ki, proseslər çox sürətli şəkildə inkişaf edir. Bu səbəbdən də, Ermənistan bir qərar verməlidir ki, bu problemləri ABŞ üzərindən yoxsa, Qafqazda təsirli olan Rusiya-Türkiyə və Azərbaycan tərəfi ilə həll etsin.
Güngör Yavuzaslan hesab edir ki, bundan sonra Rusiya Federasiyası Qafqazda öz çəkisini qoruyacaq və daha təsirli olacaq.
“Regional proseslərə nəzər yetirdiyimiz zaman İranı da unutmamalıyıq. İran xüsusilə Zəngəzur məsələsində aktiv rol almağa çalışır”-deyən şərhçinin fikrincə, biz yaxın günlərdə Qafqazda yəni Ermənistan, Rusiya, Türkiyə və Azərbaycanın olduğu bir diplomatik proseslərə şahidlik edəcəyik. Avropa Birliyi də bu proseslərə daxil olmaq istəsə də, Azərbaycan və Türkiyə buna icazə verməyəcək.
İradə Cəlil, Bizimyol.info






