Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan və Azərbaycana tərəfdaş ölkələr problemin həlli üçün danışıqlar apardılar"
"Azərbaycan və Azərbaycana tərəfdaş ölkələr problemin həlli üçün danışıqlar apardılar"

ABŞ və Aİ-nin yüksək səviyyəli rəsmiləri Azərbaycanın keçən ay antiterror əməliyyatı həyata keçirməmişdən başlamazdan bir neçə gün əvvəl, Dağlıq Qarabağla bağlı yaranmış qarşıdurmanı həll etmək üçün Türkiyədə rusiyalı həmkarları ilə açıqlanmayan fövqəladə danışıqlar üçün görüşüblər. Gündəlikdənkənar görüş, Rusiya prezidenti Vladimir Putinin 2022-ci ilin fevralında Ukraynanı işğal etməsindən sonra Moskva və Qərb arasında böyük təhlükəsizlik problemi ilə bağlı nadir, təmasın əlamətidir. Müzakirələrdən xəbəri olan yüksək səviyyəli diplomat POLITICO-ya bildirib ki, görüş sentyabrın 17-də İstanbulda anklavın doqquz aylıq blokadasına son qoyması və Ermənistandan gələn humanitar yardım karvanlarına icazə verilməsi üçün Azərbaycana təzyiq cəhdləri çərçivəsində baş tutub. Elçinin sözlərinə görə, görüşdə " yük maşınlarının necə hərəkət etdirilməsi" və ərzaq və yanacaq tədarükünün təxminən 100,000 sakininə çatmasını təmin etmək müzakirə edilib. Görüşdə ABŞ tərəfdən Vaşinqtonun Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono, Aİ tərəfdən isə, region üzrə nümayəndəsi Toivo Klaarı iştirak edib. Rusiyadan isə, Putinin Ermənistanla Azərbaycan arasında əlaqələr üzrə xüsusi nümayəndəsi kimi fəaliyyət göstərən İqor Xovayev iştirak edib. ABŞ Dövlət Departamentinin sözçüsü görüşlə bağlı şərh verməkdən imtina edərək, “biz özəl diplomatik müzakirələri şərh etmirik” deyib. Buna baxmayaraq, ABŞ rəsmisi, müzakirələrin Kremlin hələ də bölgədə hökm sürdüyü anlayışından irəli gəldiyini açıqlayıb. “Biz bu məsələdə ruslarla işləyə bilməliyik, çünki onların tərəflərə təsirləri var, xüsusən də hazırda təhlükəli anda olduğumuz bir vaxtda”, -deyə amerikalı məmur bildirib.

Qeyd edək ki, Azərbaycan sentyabrın 19-da ağır artilleriya bombardmanı altında bölgəyə tank və qoşun yeridərək Dağlıq Qarabağa qarşı antiterror əməliyyatı keçirib. 23 saat 43 dəqiqə davam edən şiddətli döyüşlərdən sonra Qarabağ erməni liderləri təslim olmaq məcburiyyətində qalıb.

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, diplomatiyada və siyasətdə müəyyən danışıqlar var ki, bunu ictimaiyyət bilir. Ancaq müəyyən danışıqlar var ki, bunlar gizli danışıqlardır. Bu danışıqları ancaq dövlət rəsmiləri bilirlər və onların göstərişi ilə aparılan danışıqlardır. Onlar haqqında da təbii ki, ictimaiyyət və jurnalistlər bilmirlər.

Politoloq Elşad Həsənov Elşad Həsənov

“Sentyabrın 19-20-sində, bir günlük lokal antiterror tədbirinin keçirilməsi həm ABŞ, həm Avropa İttifaqının, həm də Rusiyanın bu işə razılığı oldu. Çünki Qarabağ Azərbaycanın ərazisidir və bunu həm Amerika, həm Avropa İttifaqı, həm də dünya hamı tanıyır, bilir. O cümlədən, Ermənistanın baş naziri dəfələrlə bəyan etdi ki, “Qarabağ Azərbaycandır”-deyə politoloq əlavə edib.

Politoloq bildirib ki, Rusiya-Ermənistan-Azərbaycanla arasında 2020-ci il 10 noyabr bəyannaməsinin 2, 4 və 9-cu bəndi yerinə yetirilməyib. Yəni Rusiya sülhməramlıları əraziyə daxil olan zaman Azərbaycan ərazisində olan erməni silahlı birləşmələri ordan çıxarılmalı, onlar tərkisilah olunmalı idi. Ancaq 3 il müddətində bunlar edilmədi. Bu isə, Azərbaycan ərazisində təxribatlar, qətllər törədilməsinə səbəb olurdu. Ona görə də bu mövzunu bir dəfəlik bağlamaq üçün təbii ki, Azərbaycan və Azərbaycana tərəfdaş ölkələr bu danışıqları apardılar. Və 23 saat 43 dəqiqə müddətində bu əməliyyatı başa çatdırdılar. Azərbaycan ərazisində olan erməni silahlı birləşmələri təslim oldular, ağ bayraq qaldırdılar və silahlarını təhvil verilməsinə başlanıldı. Azərbaycan öz suverenliyini tam bərpa etdi. Bu isə, Azərbaycanın təbii haqqı idi”-deyə politoloq bildirib.

Elşad Həsənov vurğulayıb ki, hər bir ölkə beynəlxalq qanunlara əsasən öz ərazisində qeyri-qanuni silahlı qüvvələrə qarşı əməliyyat apara bilər. Azərbaycan da dəfələrlə xəbərdarlıq etdi. Son olaraq heç bir yol qalmadığı üçün lokal antiterror tədbiri keçirldi.

“Azərbaycan sadəcə hərbi nöqtələri vururdu. Dinc əhaliyə, vətəndaşların evlərinə, müəssisələrinə heç bir ziyan dəymədi. Bütün bu məsələlər razılaşdırılmışdı. Bu səbəbdən də Azərbaycanı Fransa və Ermənistandan başqa bu sahədə qınayan olmadı. Sadəcə olaraq, Azərbaycanın erməniləri deportasiya etməsi, etnik təmizləməsi kimi bayağı, həqiqətə uyğun olmayan ifadələr işlətdilər”-deyə Elşad Həsənov əlavə edib. Onun sözlərinə görə, 30 ildən sonra ilk dəfə olaraq, Azərbaycanın təşəbbüsü ilə Qarabağa BMT nümayəndələri dəvət edilib. Onlar ərazilərdə olub, monitorinq aparıb və yekun rəy hazırlayıblar. Bildirilib ki, heç bir etnik təmizləmə olmayıb. Onları Azərbaycan məcburən köçürmür. Bunu Laçın postunda olan jurnalistlərə oradan köçən ermənilər də etiraf edir.

“Bilirsiniz ki, azərbaycanlılara qarşı soyqırım törədən erməni xuntasının rəhbərliyi artıq həbs olunub, Azərbaycana Bakıya gətirilib. Ona görə də, artıq hamı qəbul edir ki, Qarabağda bu silahlı birləşmələrin təslim olması ilə Azərbaycan suverenliyini bərpa etdi və münaqişə demək olar ki, sona yetdi. Yaxın zamanlarda biz bunun bariz nümunəsini görəcəyik”-deyə Elşad Həsənov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »