Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Avtomobil parkının yenilənməsi və ekoloji vəziyyətin yaxşılaşması üçün layihələr hazırlayırıq" - Video
"Avtomobil parkının yenilənməsi və ekoloji vəziyyətin yaxşılaşması üçün layihələr hazırlayırıq" - Video

"Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası uzun müddətdir fəaliyyət göstərən bir qurumdur. Bizim qurumumuz Azərbaycanda rəsmi avtomobil satışını həyata keçirən şirkətlərin üzv olduğu, toplandığı bir qurum, bir cəmiyyət, bir ictimai bir yerdir. Biz əsasən avtomobil sektorunun inkişafı, avtomobil parkının yenilənməsi üçün ümumiyyətlə ekoloji vəziyyətin normallaşması və müsbət istiqamətə doğru dəyişməsi üçün bir çox layihələr hazırlayırıq".

Bu barədə Bizimyol.info xəbər portalına AADA-nın icraçı direktoru Eyyub Əliyev danışıb. Onun sözlərinə görə, 2019-cu ildən sonra AADA-nın bir çox təklifləri, bir çox layihələri aidiyyatı dövlət qurumlarına təqdim olunub.

Avtomobil Dilerləri Assosiasiyasının idarə heyətinin üzvü, mütəxəsssis Eyyub Əliyev Eyyub Əliyev

“Biz 2019-cu ildə 12 bənddən ibarət təkliflər planı ilə dövlət qurumlarına müraciət etdik və bu gün sevindirici haldır ki, həmin təkliflərin artıq bir qismi həyata keçirilib. Və birneçəsinin də hazırda müzakirələri aparılır”-deyə Eyyub Əliyev əlavə edib.

Ekspert qeyd edib ki, yaşı 10 ildən yuxarı olan avtomobillərin ölkəyə buraxılması məsələsi AADA-nın təkliflər planında olan bir məsələ olub. Eyni zamanda ekoloji avtomobillərə hansısa imtiyazların olması məsələsi də, təkliflər planına daxil edilən məsələlərdən olub və artıq öz həllini tapıb.

“Biz sadəcə kağız üzərində yazıb, təkliflər verməklə kifayətlənmirik. Bizim kütləvi tədbirlərimiz olur. Artıq neçə illərdir AADA tərəfindən keçirilən “Caspian Motor Show” və “Qafqaz Motor Show” tədbirləri buna bir misaldır”-deyən Eyyub Əliyev AADA-nın fəaliyyəti haqqında ətraflı məlumat verdi. Cəmiyyətin həyata keçirdiyi layihələrdən söz açdı. O, həmçinin bildirdi ki, AADA-nın bu günlərdə keçirdiyi çoxsaylı tədbirlər planı var.

AADA-nın bu il keçirəcəyi sərgilər və həyata keçirəcəyi yeni layihələr haqqında Eyyub Əliyevin müsahibəsini Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »