Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Fransa və digər qüvvələr tərəfindən Azərbaycanın əleyhinə dezinformasiya kampaniyası aparılır"
"Fransa və digər qüvvələr tərəfindən Azərbaycanın əleyhinə dezinformasiya kampaniyası aparılır"

Aİ geniş bəyanat yayaraq Azərbaycan və Ermənistanı növbəti insidentlərdən çəkinməyə, danışıqlara qayıtmağa çağırıb. Aİ həmçinin bildirir ki, Laçın dəhlizi açılmalıdır. Qeyd edilib ki, Azərbaycanın Ağdam-Xankəndi yolu təklifini nəzərə alırıq. Lakin Laçın yolunda da hərəkət bərpa edilməlidir. Xankəndi-Bakı dialoqunun tezliklə qurulması, xüsusilə regionda humanitar böhranın həlli, Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsində həlledici əhəmiyyət kəsb edir.

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əlbəttə Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Tural İsmayılov Tural İsmayılov

Ötən gün Fransa və digər qüvvələr Avropa İttifaqı daxilində və Avropa parlamentində Azərbaycanın əleyhinə bir “çirkab kollapsı” və dezinformasiya kampaniyası aparsa da reallıq bundan ibarətdir ki, Azərbaycanın yaratdığı həqiqətlər Avropa İttifaqı və Qərb tərəfindən də dərk edilir. Bu səbəbdən də, Avropa ittifaqı yaxşı başa düşür ki Ağdam Xankəndi yolu Azərbaycanın suveren ərazisində olan yoldur və Azərbaycan öz ərazisində yük daşınmalarının hansı yoldan istifadə edilərək, həyata keçirilməsini özü qərar verəcək bir ölkədir.

“Bununla bağlı Azərbaycana hansısa təsirlər etmək, Azərbaycana hansısa təsir etmək cəhdi əbəs və boş yerədir. Bu baxımdan özəlliklə Şarl Mişelin də Ağdam-Xankəndi yolu ilə, bağlı Azərbaycanın mövqeyni dəstəkləməyindən sonra Avropa İttifaqının bütövlükdə Ağdam- Xankəndi yoluna qarşı sərgilədiyi mövqe bizim ölkəmizə haqq işinin növbəti dəfə dəstəklənməyindən ibarətdir”-deyən politoloq hesab edir ki, bunun bizim üçün zəruri çox önəmli və əsas tərəflərindən biri həm də Fransanın bütün təxribatçı addımlarına rəğmən Avropa ilə Azərbaycanın mövqelərinin dəstəklənməsi və güclənməsidir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »