Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskva Ermənistanın ritorikasından narazı qalıb
Moskva Ermənistanın ritorikasından narazı qalıb

Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliya mətbuatına müsahibəsində Rusiya ilə bağlı açıqlamaları qəbuledilməzdir, Moskva onun fikirlərindən son dərəcə narazıdır.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatına ölkənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Moskva Ermənistan rəhbərliyinin son ictimai bəyanatlarından, o cümlədən Ermənistanın baş nazirinin İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədən və Ermənistan Xarici İşlər Nazirliyinin avqustun 31-də verdiyi şərhdən son dərəcə narazıdır. Onlar yanlış hesablamalarına və səhvlərinə görə məsuliyyəti Rusiyanın üzərinə atmaq istəyirlətr, bu doğru deyil. Həmçinin onların ifadə tərzini və məzmun baxımından söylədikləri qəbuledilməz hesab edilir”, - deyə nazirlik əkəkdaşı bildirib.

Xüsusilə də Ermənistanın baş naziri Rusiya Federasiyasının regiondan uzaqlaşmasının mümkünlüyünü açıqlayıb. “Əslində İrəvanı bu məqsədə çatmaq üçün vasitə kimi istifadə edərək Rusiyanı Cənubi Qafqazdan süni şəkildə sıxışdırmağa çalışırlar. Rusiya Ermənistanın ən yaxın qonşusu və dostu kimi regionu tərk etmək niyyətində deyil. Lakin bu, ikitərəfli yol olmalıdır: Ermənistan da Qərbin Rusiyanı sıxışdırmaq alətinə çevrilməməlidir”, - diplomatik mənbə qeyd edib.

O əlavə edib ki, Rusiya Ermənistanla təhlükəsizlik və iqtisadiyyat sahəsində münasibətləri “bir ölkənin digərindən asılılığı kimi deyil, bərabərhüquqlu, qarşılıqlı faydalı və sübut olunmuş tərəfdaşlıq kimi” qiymətləndirir.

Onun sözlərinə görə, “Qarabağ münaqişəsi heç vaxt Ermənistan və Azərbaycan arasında ərazi mübahisəsi olmayıb” tezisi yalandır. “Qarşıdurmanın kökündə Azərbaycan SSR-in keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu məsələsi dayanır, İrəvan isə uzun müddət Azərbaycan ərazisinin bir hissəsini öz nəzarətində saxlayıb”, – deyə diplomat bildirib.

Eyni zamanda, o qeyd edib ki, 2020-ci ilin payızında baş verən silahlı qarşıdurma əsasən Ermənistan rəhbərliyinin tələsik və təxribatçı addımları, o cümlədən “Qarabağ Ermənistandır” bəyanatları və “prezident”in Şuşada andiçmə mərasimində iştirakının nəticəsi olub.

"Bu, ATƏT-in Minsk Qrupu vasitəsilə tərəflərin əldə etdiyi razılaşmaları xeyli dərəcədə ucuzlaşdırıb. Əgər Rusiyanın və şəxsən prezident Vladimir Putinin müdaxiləsi olmasaydı, hərbi əməliyyatların nəticələri daha acınacaqlı olardı. Müharibənin başlanmasından artıq üç həftə keçməsinə baxmayaraq, Rusiya Federasiyasının prezidenti Ermənistanın baş nazirini növbəti itkilərin qarşısını alacaq, Qarabağ ərazilərdə sülh və əmin-amanlığı təmin edəcək atəşkəslə razılaşmağa çağırıb", - deyə Rusiya XİN əməkdaşı bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »