Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Numeroloqdan siyasi hesablama: "Yaşlılar işdən çıxardılır, cavanların da təcrübəsi yoxdur" - Video
Numeroloqdan siyasi hesablama: "Yaşlılar işdən çıxardılır, cavanların da təcrübəsi yoxdur" - Video

Azərbaycanda siyasi durum, vəzifəyə yeni təyin edilən icra başçılarının fəaliyyəti və ya fəaliyyətsizliyi…

Qafqazın yeganə numeroloqu Xəyal Məmmədov Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, insanların fəaliyyəti üçün onların rəqəmsal hesablamalarının önəmli olduğunu deyir. Numeroloqun fikrincə, bəzi məmurlar yüksək təhsilə sahib olsalar da, bəzən daxili ambisiyalar onlara vəzifələrini yüksək səviyyədə həyata keçirməsinə mane olur.

Numeroloq Xəyal Məmmədov Numeroloq Xəyal Məmmədov

“Siyasi durumla bağlı mən həftəlik, aylıq hesablama aparmıram. Amma bunun hesablamasını bir müddət öncə etmişdim. Allaha şükür, bizim istər daxili, istər xarici siyasətimiz super inkişaf edir.

Son illərdə Azərbaycanda yaşlı kadrlar artıq işdən çıxarılır.  Yəni artıq bu strukturlarda dəyişikliklər baş verir. Ölkəmizdə cavan kadrların işə cəlb olunmasına böyük önəm verir. Sadəcə bir problem var. Bu gənclərin iş praktikası zəif, nəzəriyyəsi güclü olur. Hansısa xarici universitetləri bitirirlər və onların sadəcə diplomları olur. Bu səbəbdən də, bəzi strukturların idarə edilməsini, mən bir Azərbaycan vətəndaşı kimi heç bəyənmirəm”-deyə Xəyal Məmmədov danışıb.

Xəyal Məmmədovun Azərbaycandakı siyasi vəziyyətlə bağlı hesablamalarını Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »