Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Büdcə gəliri artdıqca, vətəndaşın müraciətini sürətli və operativ şəkildə həll etmək olar" - Video
"Büdcə gəliri artdıqca, vətəndaşın müraciətini sürətli və operativ şəkildə həll etmək olar" - Video

Bu gün azad edilmiş ərazilərin nümayəndəliklərin yaradılması, o cümlədən Naxçıvanda xüsusi nümayəndəliyin yaradılması ondan xəbər verir ki,  biz artıq 14 iqtisadi rayon üzrə regional idarəetməyə keçid ərəfəsindəyik. Bir çox mərkəzi icra orqanları regional idarəetməni, məhz həmin iqtisadi zonalara uyğunlaşdırırlar. Yəni bu proses artıq sürətləndirilib.

Bu barədə Bizimyol.info xəbər portalına “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli danışıb. Onun sözlərinə görə, yerli icra hakimiyyəti orqanlarında müəyyən səlahiyyətlər var ki, həmin o xidmət sahələrinin bələdiyyəyə verilməsi gözlənilir. Bu addımın atılması, yerlərdə həm də bələdiyyəyə olan etimadı artırmış olacaq. Büdcə gəliri artdıqca da, istənilən vətəndaşın müraciətini sürətli və operativ şəkildə həllinə nail olmaq olar.

Vüqar Tofiqli Vüqar Tofiqli

“Biz böyük şəhərlərə baxsaq, məsələn əhalisi ölkəmizin əhalisindən dəfələrlə çox olan İstanbul kimi şəhəri böyük şəhər bələdiyyəsi adlı qurum idarə edir. Və heç bir problem də yoxdur. Bu gün onun büdcəsi fəaliyyətinin icrası üçün yetərli qədərdir”-deyə Vüqar Tofiqli qeyd edib. Onun sözlərinə görə, istənilən halda müəyyən bir məqamlar var ki, onların icrası da bələdiyyəyə yönəlmiş olsa, bələdiyələrin imkanı daha geniş olar. Bu gün bələdiyyə mülkiyyətində olan reklamlardan gələn gəlirin 10%-lik hissəsi bələdiyyəyə getməlidir. Amma indiyə qədər bu gəlir bələdiyyələrə verilmir.

İctimai birliyin sədri qeyd edib ki, Azərbaycanda hələ də bələdiyyə müəssisələrinin yaradılması sual altındadır.

Vüqar Tofiqli hesab edir ki, regional idarəetməyə keçid sonda bələdiyyənin də müəyyən mənada fəaliyyətinə stimul verəcək və müsbət dəyişiklik olacaq.

İradə Cəlil, Bizimyol.info
Son xəbərlər
Bütün xəbərlər »