Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqtisadçı Pünhan Musayev: "Dünyada dolların hegomoniyası başa çata bilər" - Video
İqtisadçı Pünhan Musayev: "Dünyada dolların hegomoniyası başa çata bilər" - Video

Dünyada dolların hegomoniyası başa çata bilər. Artıq bəzi ölkələr fərqli valyutalarla əməliyyatlar keçirməyə üstünlük verirlər.

İqtisadçı Pünhan Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 2010-2015-ci illərdə beynəlxalq valyuta fondunun statistikasına görə, dünya ehtiyatları arasında dolların sayı təxminən 65%-in üzərində idi. Ancaq beynəlxalq valyuta fondunun bu ilin əvvəlinə açıqladığı rəqəmlərə görə artıq bu hədd 60%-dən aşağı düşməkdədir. O cümlədən, müəyyən ticarət məsələlərindədə artıq dollar bir o qədər də aktual alət kimi istifadə edilmir.

Pünhan Musayev Pünhan Musayev

İqtisadçının sözlərinə görə, dollar yenə əsas aparıcı vasitədir, mübadilələrin aparıcı hissəsini dollar əməliyatları təşkil edir. Ancaq əvvəlki kimi yüksək cəlbediciliyə malik deyil. Bunun da səbəbləri var. Belə ki, hal-hazırda dünya inflyasiya dönəmində yaşayır. Amerika Birləşmiş Ştatlarının Mərkəzi Bankı məhz 1970-80-ci illərdə olduğu kimi faiz dərəcələrini mütəmadi olaraq, qaldırır, inflyasiya ilə mübarizə aparır. Bu isə, bir tərəfdən də dolların bahalaşması deməkdir.

“Bu nüans, istər-istəməz idxaldan aslı olan ölkələr üçün müəyyən təhlükələr yaradır. İdxalı bahalaşdırır, bu isə digər ölkələrin milli valyutalarının devalvasiyaya uğramasına səbəb olur. Həm ölkələrin idxalı bahalaşır, inflyasiya gedir, həm də ölkənin milli valyutası devalvasiyaya məruz qalır. Bu da o deməkdir ki, ölkədə inflyasiya, qiymət artımı iki qat özünü biruzə verir.

Bu gün bir sıra yaxın şərq ölkələri BƏƏ Hindistan rupisi vasitəsi ilə, Rusiyadan neft-qaz mübadiləsini həyata keçirir və yaxud Səudiyyə Ərəbistanı yenə neftlə mübadiləsini Çin yuanıyla aparmağı özünə məqsəd qoyur. Və yaxud Hindistanın özü elə Rusiya ilə müəyyən əməliyatlar da, Çin-Rusiya arasında əməliyatlarda milli valyutaya üstünlük verirlər”-deyən iqtisadçı qeyd edib ki, onların dolları əvəz etməsi hazırkı şərtlər daxilində bir o qədər də ümidverici görünmür.

İqtisadçının dollarla bağlı proqnozuna Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında baxa bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »