Numeroloq Xəyal Məmmədovun 2020-ci il 44 günlük müharibədən öncə verdiyi proqnozlar özünü doğrultmuşdu. Bu gün, müharibədən 3 il keçməsinə baxmayaraq, sülh müqaviləsi nə qədər danışıqlar aparılsa da, sanki “dirənib”…
Numeroloq Xəyal Məmmədov bu mövzu ilə bağlı proqnozlarını Bizimyol.info xəbər portalı ilə bölüşüb. Numeroloq deyir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin “daşa dirənməsi”nin səbəbkarı İrandır. Başqa heç bir səbəb yoxdur. İran dövləti istəmir ki, sülh müqaviləsi olsun. Çünki o sülh müqaviləsinin şərtləri İran üçün qəbul olunmaz şərtlərdir.
Numeroloq Xəyal Məmmədov“İranın da arxasında Fransa durur. Hər kəs bilir ki, 1979-cu ildə İranda çevriliş baş verərkən, həmin o molla rejimini rəhbərliyə gətirən Fransa dövləti olub. Ona görə də ilk növbədə bu iki ölkə bizim Ermənistanla sülh olmasını istəmirlər. Artıq energetik olaraq, İranda molla rejiminin getməsinin zamanı çatıb. Molla rejimi gedərsə, avtomatik olaraq, Fransanın da təsiri azalacaq. Və belə olduğu halda bölgədə həmin biz istədiyimiz sülh bərqərar olunacaq”-deyə numeroloq əlavə edib. Onun sözlərinə görə, 2023-cü ilin sonuna qədər İranda bu hakimiyyət dəyişikliyi baş tutacaq və İran parçalanacaq. İranda Cənubi Azərbaycan Respublikası yaranacaq.
“Öz əhalisi, öz himni, öz gerbi, öz başçısıyla bu respublika yaranacaq. Qarabağın ərazisində 20-25 min erməni yaşayır. Onlar özlərinə müstəqil dövlət yaratmaq istəyirlər, ancaq bizim İranda 40 milyona yaxın azərbaycanlılarımız. Onların heç orda bir Azərbaycan dilində məktəbi belə yoxdur. Bu, nə dərəcədə düzgündür? Heç düzgün deyil. Ona görə də zaman keçdikdə, hər şey öz yolunu tapacaq. Bu ilin axırına qədər mən inanıram ki, o proses kütləvi şəkildə başlayacaq. Mən buna tam əminliklə inanıram”-deyə Xəyal Məmmədov vurğulayıb.
Numeroloq Xəyal Məmmədovun sülh müqaviləsi ilə bağlı proqnozlarını Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.
İradə Cəlil, Bizimyol.info






