Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident Ərdoğanın səsini təqlid edən fırıldaqçı tutulub
Prezident Ərdoğanın səsini təqlid edən fırıldaqçı tutulub

Milli Təhlükəsizlik Təşkilatı (MİT) süni intellektlə prezident Rəcəb Tayyib Ərdoğanın səsini təqlid etməyə və bəzi iş adamlarına, eləcə də yüksək səviyyəli dövlət idarəçilərinə zəng edərək qazanc əldə etməyə çalışan şəxsi müəyyən edib.

Bizimyol.info xəbər verir ki, MİT-də mətbuat verilən məlumata görə, Prezident Ərdoğanın süni intellekt tətbiqləri ilə səsini təqlid etməyə çalışan və xarici vətəndaşlar üçün aldığı 10-dan çox fərqli GSM xətti üzərindən iş adamlarına zəng edən fırıldaqçı aşkar edilib. Araşdırmalar nəticəsində onun şəxsiyyəti və yaşayış yeri müəyyən olunub.

Prezidentin səsindən istifadə edərək dələduzluq etməyə cəhd edən şəxs MİT CYBER təhlükəsizlik bölmələrinin həssas işi sayəsində qısa müddətdə tutularaq ədliyyə bölmələrinə təhvil verilib. Həmin şəxsin adı açıqlanmayıb.

Vətəndaşların kibercinayətlər çərçivəsində bu cür cəhdlərə qarşı diqqətli olması lazım olduğunu vurğulayan səlahiyyətlilər, ad, səs və şəxsiyyət saxtakarlığına qarşı tədbirlərin davamlı olaraq artırılacağını bildiriblər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »