Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyədə prezident seçkilərinin ikinci turu ilə bağlı çağırış edib.
Səfirlikdən Bizimyol.info xəbər portalına verilən məlumata görə, Azərbaycanda olan Türkiyə vətəndaşları prezident seçkilərinin ikinci turunda səs vermək üçün 20-21 və 22 may tarixində səfirliyə müraciət edə bilərlər. Səs vermək üçün Türkiyə vətəndaşları saat 08:00-22:00-yə qədər səfirliyə gələ bilərlər.
Xatırladaq ki, mayın 14-də Türkiyə vətəndaşları ölkənin 13-cü prezidentini seçmək üçün seçkiyə gedib. Seçki prosesində AK partiyasının sədri Rəcəb Tayib Ərdoğan 49,4 faiz səs yığdığı üçün seçkinin nəticələri ikinci turdan sonra məlum olacaq.
Qeyd edək ki, Türkiyədə seçki qaydalarına görə, prezidentliyə namizədin yığdığı səsin təsdiqlənməsi və onun prezident seçilməsi üçün 50+1 faiz səs toplanmalıdır.






