Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
CHP düşərgəsində gərginlik başladı: “Kılıçdaroğlu qırx quldurunu da alıb getsin”
CHP düşərgəsində gərginlik başladı: “Kılıçdaroğlu qırx quldurunu da alıb getsin”

CHP-nin keçmiş nümayəndəsi, keçmiş nazir Mehmet Sevigen, CNN Türk-ün canlı yayımında seçki nəticələrini qiymətləndirib.

Bizimyol.info xəbər verir ki, Kılıçdaroğlunun prosesi səhv idarə etdiyini bildirən Sevigen “öz xəttini tərk etdi, amma özünə yaraşmayan və öz quruluşuna səs verməyən bütün insanları parlamentə gətirdi. O, dünyəvi demokratik respublikamızın tərəfdarı olmayan 75 deputatı siyahıya saldı, onlardan 25-i qalib gəldi” deyə vurğulayıb.

O, əlavə edib ki, bu gün CHP Ümumi Başkanlığından istefa verməlidir.

“Hələ küçəyə çıxıb “Tayyib Ərdoğan səs itirdi” deyir. Burada uduzan bizik. Kılıçdaroğlu qırx quldurunu da alıb getsin. Babacanları, Karamollaoğlu, Meral Akşeneri aparsın, getsin. CHP sədrliyindən dərhal istefa versin.

O deməlidir ki, “mən əmanəti təhvil verirəm, onu tərk edirəm””,- deyə keçmiş nazir sonda qeyd edib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »