Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə 4,8 bal gücündə zəlzələ baş verib
Türkiyədə 4,8 bal gücündə zəlzələ baş verib

Türkiyənin Kayseri bölgəsində saat 05:28-də 4,8 bal gücündə zəlzələ baş verib.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Halların İdarə Edilməsi Agetliyinin (AFAD) saytında yer alan məlumata görə, episentri Kayseri vilayətinin Hacılar rayonu olan zəlzələ 4,8 bal gücündə olduğu qeydə alınıb.

Zəlzələnin ocağı yerin təxminən 7 kilometr dərinliyində olduğu müəyyən edilib.

Kayseri Qubernator Köməkçisi Şenol Esmer sosial mediada verdiyi açıqlamada ilkin məlumatlara görə heç bir mənfi nəticənin olmadığını, bölmələrin sahə nəzarət işlərinə davam etdiyini bildirib.

Kayseri Böyükşəhər Bələdiyyə Başçısı Memduh Büyükkılıç da paylaşım edərək: "İlkin məlumata görə, mənfi bir vəziyyət qeydə alınmayıb. Komandalarımız meydandadır, həyəcan sirenaları verilir. Yalnız rəsmi açıqlamalara etibar edin. Allah bizi bütün bəlalardan qorusun”, - deyə qeyd edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »