Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə beş mərtəbəli bina çöküb
Türkiyədə beş mərtəbəli bina çöküb

Türkiyənin Kahramanmaraş bölgəsində baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə böyük ziyan görən Yeşilyurt rayonu Böyük Mustafa Paşa Məhəlləsində 5 mərtəbəli bina naməlum səbəbdən özbaşına çöküb.

Bizimyol.info xəbər verir ki, binanın çökməsinin ardından bölgəyə Fövqəladə Halların İdarə Edilməsi Agetliyinin (AFAD) xilasedicilər, əsgərlər və tibb briqadaları göndərilib.

Axtarış-xilasetmə dəstələri binanın dağıntıları arasında hər hansı canlının olub-olmadığını araşdırır.

AFAD qrupları Kahramanmaraş mərkəzli zəlzələlərdə yararsız vəziyyətə düşdüyünə görə sakinləri və təxliyə edilən binada heç kimin olmadığını bildirərkən, dağıntılar arasında canlı olub-olmadığını müəyyən etmək üçün cihazlarla dinləyirlər. Araşdırmalarda termal kameralardan da istifadə edilir.

Jandarma qrupları da dağıntılar altında araşdırmalarını davam etdirir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »