Hatayın Defne rayonunda yaşayan Elif Belli zəlzələ zamanı iti Aresin davamlı ulaması ilə oyandığını və uşaqları ilə birlikdə evdən çıxdığını bildirib.
Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, zəlzələ zamanı it sahibini yuxudan oyadıb.
Belli: "İtim Ares ulayırdı. Çöldən səs eşitdiyini düşündüm, ona görə də əvvəlcə əhəmiyyət vermədim. Yatağıma qalxaraq yanağımı yalamağa başladı. Oyandım, silkələndiyimizi hiss etdim. Bunun keçəcəyini düşündüm və yenidən yuxuya getdim. Bu dəfə Ares yanaqlarımıza toxunaraq davamlı hürməyə-ulamağa başladı. Divarlardan çatlama səsləri gəlirdi, alçıpan və şüşə üstümüzə düşürdü. Qonşular qışqırırdılar. Uşağımın üçü də elə qorxdular ki, qışqırmağa başladılar. Qapını açıb özümüzü bayıra atdıq", - deyib.
Defnedə yaşayan Elif Belli zəlzələdən 15 gün əvvəl "Ares" adlı 2,5 aylıq rus pudeli övladlığa götürüb.
Zəlzələ gecəsi itinin davamlı hürməsinə oyanan Belli 3 uşağı ilə birlikdə ağır ziyan dəymiş evindən çıxa bilib: "Qapını açıb özümüzü çölə atdıq, zəlzələ dayandı. Ares də susdu, amma zəlzələlərdən əvvəl dayanmadan ulyır-hürürdü, hissləri çox güclüdür”, - deyib.
Elif Belli, “Zəlzələdən 15 gün əvvəl ona sahib olmağım böyük bir təsadüf idi. Sağ qalırıqsa, itimin və qonşularımın sayəsindədir. Çıxarkən başımıza nəsə gələ bilər. Qorxu ilə aydın düşünə bilməzsən. Mən mümkün qədər tez evdən çıxıb uşaqlarımı və itimi xilas etmək istəyirdim.
Evlərinin böyük ziyan gördüyünü və sökülmək üzrə olduğunu bildirən Elif Belli mənzil probleminin həll olunmasını, övladlarının təhsildən geri qalmamasını istədiyini bildirib. Belli: “Hazırda ev və ya tikinti olan heç bir yerin qarşısından uşaqlarımın keçməsinə icazə verə bilmərəm. Ev kirayə idi, həyat yoldaşımla ayrıldım, çətinlik çəkdim. Kocaeli Böyükşəhər Bələdiyyəsinin qurduğu çadır şəhərciyində yaşayırıq, var olduqları üçün minnətdarıq. Dəstək çıxdı və ehtiyaclarımızı qarşıladı”, - deyə bildirib.
Qadir, Bizimyol.info






