Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlu: İsveç və Finlandiya terrora dəstəyi dayandırmalıdır
Çavuşoğlu: İsveç və Finlandiya terrora dəstəyi dayandırmalıdır

Xarici işlər naziri Mövlud Çavuşoğlu Fələstin və İsrail səfəri öncəsi açıqlamalar verib.

Bizimyol.info xəbər verir ki, 15 ildən sonra nazirlər səviyyəsində İsrailə səfərinin əhəmiyyətini vurğulayan Çavuşoğlu: "Normallaşma prosesinə girdik. İsraillə qarşılıqlı olaraq səfir təyin olunmasını danışacağıq",- deyib.

İsveç və Finlandiyanın NATO prosesi haqqında danışan Çavuşoğlu: "İsveç və Finlandiya terrora dəstəyi dayandırmalıdır, konkret addım üçün yazılı razılaşma istəyirik", - deyə bildirib.

Qeyd edək ki, nazir Çavuşoğlunun olduğu təyyarə İsrailin paytaxtı Təl-Əvivin Ben Qurion hava limanına enib. Çavuşoğlu burada İsrail rəsmiləri tərəfindən qarşılanıb.

Fələstin səfəri çərçivəsində Tel-Əvivdən Ramallaha gələn Çavuşoğlu Fələstin Xarici İşlər Nazirliyində olub.

Fələstinin xarici işlər naziri Riyad əl-Maliki tərəfindən qarşılanan Çavuşoğlu Türkiyə-Fələstin Birgə Komitəsinin İkinci Toplantısına qatılacaq.

Fələstinli həmkarı Maliki ilə ikitərəfli görüş keçirən Çavuşoğlu Türkiyə universitetlərini bitirmiş fələstinlilərlə görüşəcək.

Xarici işlər naziri Çavuşoğlunun Fələstin prezidenti Mahmud Abbasla da görüşü gözlənilir.

Çavuşoğlu sabah İsraildə həm ikitərəfli, həm də heyətlər arasında xarici işlər naziri Yair Lapid ilə görüşəcək. Görüş zamanı regional və qlobal problemlər, ikitərəfli münasibətlərlə bağlı fikir mübadiləsinin aparılması planlaşdırılır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »