Suriyanın Ayn-El Ərəb bölgəsindən Karkamış rayonu və Köprübatı Sərhəd Postu istiqamətində terrorçuların atəşi pozması nəticəsində yaralanan Türkiyə hərbçilərindən biri xəstəxanada vəfat edib.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Hücum sonrası ordunun cavab zərbələri ilə zərərsizləşdirilən terrorçuların sayı isə 21-ə yüksəlib.






