Bu kimi problemlər cəmiyyətimizdə yetərli qədərdir. Amma hər kəs hər kəsi özəl yazışmaları ilə şantaj eləməyə, bunu cəmiyyət içərisində yaymağa çalışsa ölkədə sağ adam qalmaz. Onu qeyd edim ki, ölkəmizin tanınmış məşhur mobil operatorlarında bu təhlükəsizlik məsələsi heç də istənilən yüksək səviyyədə deyil. Yəni sizin silinmiş hesab etdiyiniz yazışmaları arxiv əsasən kimsə görə və üzə çıxara bilər. Bəs Facebook və Whatsapp kimi, həmçinin digər sosial şəbəkələr vasitəsilə özəl yazışmaların oxunması, aşkarlanması nə şəkildə leqaldır, mümkündürmü. Bu kimi suallarla İT mütəxəssisi Röyal Şükürova müraciət edirik.

-Röyal sosail şəbəkələr, xüsusən Facebook və Whatsapp hər hansı cinayətin açılması naminə bu kimi materialları açıqlaya bilərmi? Üstəlik bu məsələ cinayət işi ilə bağlı deyildi.
-Əvvəlcə onu deym ki, Whatsapp artiq Facebook Inc. shirkətinin tərkibindədir və butun huquqi məsuliyətini Facebook Inc. daşiyir. Azərbaycanda heç bir məhkəmə Facebook-a müraciət əsasında kiminsə profilinin məlumatlarının əldə elənməsinə müsbət cavab ala bilməz. Cunki, Facebook səhifəsində belə bir maddə var ki, Facebook dunyanın hec bir siyasət, nə də digər məsələlərində iştirak etmədiyinə görə, profillər barəsində 3-cü şəxsə məlumat vermir.
Lakin belə bir məsələ var ki, Whatsapp dediyimiz programmin, alternativ başqa versiyaları var, Whatsapp yazışmalarını əldə etmək mümkündür. Bu qarşı tərəfin telefonunu fiziki şəkildə əldə etməklə məlumatları bərpa etmək yolu ilə baş verə bilər.Facebook profilinə müdaxilə eləməyin də öz yolları var,profilin e-mail ünvanı əldə olunmaqla və ya Facebook profilini hansısa bir telefon nömrəsinə bağlamaqla, artıq o profilin Parolunu unutdum bölməsindən bərpa etmək olar.
-Bəs mesajlar silinibsə 3-cü şəxs profilə daxil olubsa bunları hansısa üsulla geri qaytara bilərmi?
-Whatsapp-ın göndərilən və gələn mətn məlumatları olan faylları telefonun gizlin papkasında yerləşir. Onları bərpa etmək olur. Lakin bunu mütəxəssis edə bilər və telefon da mütəxəssisin əlinə verilməlidir.
-Röyal bir sual da adətən böyük şirkətlərdə çalışan işçilər arasında dolaşır. Çalışdığımız şirkətin WiFi xətti vasitəsi ilə qoşulan şəxslərin özəl yazışmaları, məhz kimlərlə, hansı ölkələrlə yazışdığı görünürmür? Yoxsa bu bir şəhər əfsanəsidir?
-Bəli bu mümkündür. WiFi qurğusunun kompyuterlər arasında göndərilən və qəbul edilən paketləri qeydə alan bölümü var. Mütəxəssilər buna "trafik zaxvatı" deyirlər . Trafik axınını qeydə alıb, yoxladıqdan sonra şifrələri açıb məlumatın 20-40 faizini açmaq olur. lakin bu da leqal deyil. Əgər məhkəmə bununla bağlı hər hansı cinayətin açılması üçün qərar versə, bu əməliyyat leqal sayıla bilər. Bundan ötrü məxfi qurğular var ki, WiFi -la noebookun arasında olan bütün traffiki, gizlin yazmaları və videoları göstərə bilir.
Bir sözlə əziz oxucular, dini kitablarda əməl dəftəri dedikləri o şey elə bu dünyadaymış. Əlində telefon olan heç kəs də bu kimi problemlərdən sığortalanmayıb. Məsələ yalnız xəyanətdə deyil ki. Kimsə kiməsə xoşlanmadığı biri barəsində yaza bilər, kimsə sirrini paylaşa bilər.Və bu kiçik sirlər bir həyat bahasına başa gələ bilər. Odur ki, unutmayın, söz uçar, yazı qalar-əməl dəftərinizə yazılır!
İlhamə Rəsulova






