Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Əbu-Dabi Vəliəhd şahzadəsi Şeyx Məhəmməd Bin Zayed əl-Nəhyan arasında telefon danışığı baş tutub.
APA-nın xəbərinə görə, bu barədə məlumat Türkiyə prezidentinin rəsmi “Twitter” səhifəsində məlumat paylaşılıb.
Qeyd olunub ki, Şeyx Məhəmməd Bin Zayed prezident Ərdoğana və xanımı Əminə Ərdoğana tezliklə sağalmalarını diləyib.






