Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səhiyyə naziri Prezidentin səhhəti ilə bağlı açıqlama yayıb
Səhiyyə naziri Prezidentin səhhəti ilə bağlı açıqlama yayıb

Türkiyənin səhiyyə naziri Fahrettin Koca prezident Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın koronavirus testinin müsbət çıxması ilə bağlı açıqlama verib.

Bizimyol.info xəbər verir ki, bu barədə nazir F.Koca sosial media hesabında paylaşım edib.

Açıqlamada deyilir:

"Omicron variantının sürətlə yayıldığı bu dövrdə prezidentimiz və hörmətli həyat yoldaşı Əminə Ərdoğan üçün keçirilən "Covid-19" testi yüngül simptomlarla müsbət çıxıb. Sağlamlıqları işlərinə mane olmayacaq qədər yaxşıdır. Onlara tezliklə sağalmalarını arzulayıram".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »