Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nikol Paşinyan Türkiyəyə gədəcək - Fuat Oktay
Nikol Paşinyan Türkiyəyə gədəcək - Fuat Oktay

Vitse-prezident Fuat Oktay Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə gələcəyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "İndependent"in Türkiyə bürosu məlumat verib.

Paşinyan 11-13 mart tarixləri arasında keçiriləcək Antalya Diplomatiya Forumuna qatılacağını bildirən Oktay: “Ermənistanın baş nazirinin Antalyada keçiriləcək Diplomatiya Forumuna qatılacağını bildirdiyi mərhələyə gəldik.

Ümid edirik ki, bu proses sürətlənəcək. Belə başa düşüldü ki, bizim şərqimizə gedən o dəhliz həm magistral, həm dəmir yolu, digər tərəfdən isə Laçın dəhlizi kimi açılır. Laçın dəhlizinin işləməsi Ermənistan üçün xüsusi əhəmiyyət daşıyır və bu layihə onlar üçün böyük iqtisadi imkanlar yaradır. Burada təkcə Türkiyə və Azərbaycan deyil, bütün bölgə dövlətləri qazanacaq, çünki ticarət inkişaf edəcək, turizm inkişaf edəcək. Ümid edirəm ki, biz çox qısa müddətdə irəliləyiş əldə edəcəyik, o dəhlizlər də açılacaq və ona görə də o dəhlizlərdən tamam başqa pəncərə açılacaq”, - deyə o bildirib.

“A Haber”in canlı yayımına qatılan prezident müavini Fuat Oktay Türkiyə-Ermənistan münasibətlərindəki normallaşma prosesini dəyərləndirib.

“Qarabağın azad edilməsi” adlandırdığı prosesin müharibə kimi qəbul edilsə də, sülhün açarı olduğunu deyən Oqtay “İndi sülh zamanıdır” deyib.

Xarici işlər naziri Mövlud Çavuşoğlu yanvarın 19-da verdiyi açıqlamada martın 11-13-də keçiriləcək ikinci Antalya Diplomatiya Forumuna (ADF) Ermənistandan da rəsmilərin dəvət edildiyini bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə münasibətləri normallaşdırmaq istədiklərini bəyan edərək, "Biz Türkiyə ilə heç bir şərt qoymadan diplomatik əlaqələr qurmaq istəyirik. Xüsusi nümayəndələrimiz bir araya gəldi. Bu proses davam edərsə, Ermənistanın da Antalyada Diplomatik Forumunda iştirak etmə ehtimalı yüksəkdir", - deyə bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »