Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: Zelenski Putinlə Türkiyədə görüşməyə razılaşıb
Ərdoğan: Zelenski Putinlə Türkiyədə görüşməyə razılaşıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya prezidenti Vladimir Putinlə Türkiyədə görüşməyə razılaşdığını bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə "CNN Türk" yazır.

Bundan əvvəl Ərdoğan Putin və Zelenskini “ixtilafları müzakirə etmək və həll etmək” üçün Ankaraya dəvət etmişdi.

"Putin Çindən qayıdan kimi Türkiyəyə səfər etmək dəvətimizə müsbət cavab verib. İndi biz tarix təyin edəcəyik. Yaxın zamanda biz cənab Putin və cənab Zelenskini yüksək səviyyədə bir araya gətirmək istəyirik. Cənab Zelenski ilə bu istiqamətdə razılaşmamız dəqiqdir”,- deyə o, jurnalistlərə bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »