Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bürclərin xoşlamadığı hallar: Kimin nədən acığı gəlir...
Bürclərin xoşlamadığı hallar: Kimin nədən acığı gəlir...

Hər kəsin sevdiyi və sevmədiyi insanlar, əşyalar, xarakterlər, qidalar, geyimlər və s. var. Bu insnaların xarakterinə görə dəyişir. Məsələn birinin sevdiyin digəri sevməyə bilər. Bu xarakterlər bürclərə görə, dəyişir. Bu dəfə sizə bürclərin sevmədiklərinin siyahıısnı təqdim edəcəyik:

Qoç - Yuxudan tez oyandırılmağı sevməz Qoçlar. Tez yatmağı da sevmirlər. Bəzi halları yaşamağı heç xoşlamırlar. Məsələn, kiminsə boş yerə əsəbləşməsi, uzun müddət susmaq, həddən artıq düşünmək, biri ilə uzun müddət küsülü qalmaq, birinə verdiyi dəyərin boşa çıxdığını görmək Qoçun nifrət etdiyi hallardır.

Buğa - Hər şeyi zarafata salsanız, Buğa sizə nifrət edə bilər. Üzünüə gülüb arxasınca danışmaq, eqoizm, sünilik, hər hansı bir müddətdə sayılmamaq Buğanı əsəbləşdirir. Ona yetərli qədər diqqətin göstərilməməsi, sevmədiyi insanlarla mehriban danışmaq Buğada ikrah hissi oyadır.

Əkizlər - Bəzi insanların sadəcə, işi düşdüyü zaman yaxşı davranması, hal-əhval tutması onu narahat edir. Onu incidən insanların heç bir şey olmamış kimi davranması, sayılmamaq, diqqətsizlik Əkizlərdə nifrət yarada bilər.

Xərçəng - Onu sevməyən insanların sevirmiş kimi davranması, hamı ilə səmimi olmaq Xərçəngdə nifrət yaradır. Qeybət qıran, amma üz-üzə gələndə üzə gülən, dediyi ilə etdiyi uyğun gəlməyən, üzdə yaxşı görünən, əslində pis olan insanlara Xərçəng nifrət edər. Yalançı səmimiyyəti sevməzlər.

Şir - Şirlər sevdiyi insanlardan uzaq qalmağa nifrət edirlər. Sevdiyi şeylərdən imtina etmək məcburiyyətində qalmaq, yaşlanmaq, çox pis xatirələrinin olması, sözünün üstündə dura bilməyən insanlar, üzünə gülüb arxasınca danışan insanlara nifrət edər Şirlər.

Qız - Qız bürcü eqoist insanlara nifrət edir.

Kin saxlamağı, xətalarının üzünə vurulmasını sevmir onlar. İşə başlamadan yorulmaq, qorxaqlıq, işin rahatına qaçan insanlar onda nifrət yaradır. Bir zamanlar “canım” dediyi insanların sonradan heç bir məna daşımaması da onda nifrət oyadacaq.

Tərəzi - “Səni tək buraxmayacağam” deyən insanların onu tək buraxmasına nifrət edir Tərəzi. Daim yalan danışmaq, yorulmaq, haqlı ikən haqsız vəziyyətə düşmək, əsəbdən gözlərinin dolmasına nifrət edər. Bəzi şeyləri unuda bilməmək də Tərəzini incidir.

Əqrəb – Haqqında “o bunu etməz” deyə düşündüyü insanların hər dəfə onu yanıltmasına, ayrılıqlara, güvəndiyi insanların sevmədiyi insanlarla ünsiyyəti, yanında olmalı olan insanların yanında olmaması Əqrəbdə nifrət yaradar. İnsanlara həddən artıq məna yükləmək, hər şeyi düşünmək də onların heç xoşuna gəlmir.

Oxatan - Onu incidən insanlara inanmaq məcburiyyətində qalmaq, işinə qarışılması Oxatanda nifrət yaradır. “Bu gün heç nə düşünməyəcəyəm” deyib həmin gün hər şeyi düşünmək məcburiyyəti Oxatanın zəhləsini tökən haldır. Boş adamlara zaman xərcləməyi də sevmir Oxatan. Güvənsiz insanlara inanmağa məcbur olmaq da onun xoşuna gəlmir.

Oğlaq – Boşuna əsəbləşmək, boş şeyləri günlərlə düşünərək özünü incitmək, hər şeyi ürəyinə salmaq, heç bir şey olmamış kimi davranmaq məcburiyyəti, hər şeyi həddən artıq diqqətə almaq, bəzi şeyləri əsla unuda bilməmək və onu incidən insanlarla xoş davranmaq tələbinə nifrət edirlər.

Dolça - Yalana, xəyanətə, vəfasızlığa nifrət edir. Adi vaxtlarda onu axtarmayan insanların işi düşən zaman axtraması onu incidər. Gərginlik, boş yerə əzab çəkmək kimi halları yaşamaq məcburiyyətinə nifrət edir Dolça. Verdiyi dəyər qədər qarşılıqlı dəyər görməmək onu qəzəbləndirər. Özünə qapanmaq, yaşadıqlaırnı içində saxlamaqdan da xoşlanmır.

Balıq - Sevmədiyi insanlarln yalandan səmimiyyətinə nifrət edir Balıq. Boş yerə əzab çəkməyə də, içindəkiləri danışa bilməmək, daxilində hər gün dalaşmaq, susmaq və insanlara həddən artıq dəyər verməyə nifrət edirlər.

Son xəbərlər
Bütün xəbərlər »