Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat karantin qaydalarına əməl edərək vətəndaşları qəbul edib - Foto

Bu gün Gəncədən seçilən Milli Məclisin deputatı Müşfiq Cəfərov karantin qaydalarına əməl edərək vətəndaş qəbulu keçirib.

Bizimyol.info xəbər verir ki, qəbula gələn insanlar məişət problemləri ilə yanaşı müxtəlif mövzularda müraciətlər də ediblər. Bir neçə məsələ yerindəcə həllini tapıb.

Deputat karantin qaydalarına əməl edərək vətəndaşları qəbul edib

Deputat səlahiyyətlərinə aid olan məsələlər nəzarətə götürülüb və həlli üçün müvafiq addımlar atılıb.

Seçicilərin fərdi və ümumi problemləri dinləndikdən sonra həlli istiqamətində lazımı dövlət strukturlarına müraciətlər ünvanlanması qərara alınıb. Ümumiyyətlə, deputat Gəncə şəhərinin sosial-ictimai həyatındakı məsələlərə həmişə diqqətlə yanaşır və problemlərin həllinə çalışır.

Deputat karantin qaydalarına əməl edərək vətəndaşları qəbul edib

Qaldırılan məsələlərlə bağlı Müşfiq Cəfərov tərəfindən müvafiq təşkilatlara mütamadi olaraq müraciətlər edilir.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »