Moderator.az bu yazıda türk məşhurların bir-birindən qəribə olan vərdişlərini təqdim edəcək:
Hülya Avşar- Dəqiqliyi, punktuallığı ilə seçilir. Buna əməl etmək üçün isə qəribə vərdişə yiyələnib: hər dəfə gecikməmək xatirinə saatı 5-10 dəqiqə irəli çəkir. Bu hal artıq xanım müğənni-aktrisada adət halını alıb;
Necati Şaşmaz- ictimaiyyətin daha çox Polad Ələmdar kimi tanıdığı aktyor çayxorluğu ilə seçilir. Bəzən, gün ərzində 80 fincan çay içdiyi vaxtlar da olub. Çaya olan sevgi Necati Şaşmazda artıq asılılıq halına çevrilib;
Kadir İnanır- Türk kinosunun əfsanələrindən olan Kadir İnanır isə, qurbağalara olan xüsusi sevgisi ilə seçilir. O, hətta otaqlarından birini tamamilə qurbağa maketlərinə həsr edib;
Bülənt Ərsoy- başdan-başa müəmma olan müğənni cüt rəqəmlərə nifrət edir. Evinin, maşının bütün nömrələrinin hamısı təkrəqəmlidir;
Sezen Aksu- əfsanəvi müğənninin də qəribə vərdişi var. O, qonaq getdiyi hər yerdə özü ilə bərabər, kabab bişirmək üçün şiş də götürür. Qidasına və gigiyenik qaydalara xüsusi diqqət edir;
Acun Ilıcalı- PES oyunlarına xüsusi marağı ilə seçilir. Bu, artıq onda vərdiş halına da çevrilib. Rəqiblərinə qalib gəldikdən sonra foto çəkib sosial şəbəkədə paylaşmağı da ayrıa bir asılılıqdır.
Teoman- məşhur müğənnini uşaqlıqdan qalan bir vərdiş hələ də izləməkdədir. O, bu gün də mütəmadi olaraq, cizgi filmlərinə baxır. Cizgi filmlərdən ibarət disk kolleksiyası var.






