Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda ilk dəfə uşaqlar üçün fantezi janrında kitab yazılıb
Dekabr ayının sonlarında Azərbaycanda ilk dəfə fantezi janrında uşaqlar üçün kitab dərc olunub. Mədinə Klinikasının dəstəyi ilə dərc olunan kitabın hər iki müəllifi isə həkimdir. “İliş və ya hörülmüş hekayə” kitabın müəllifləri psixatr Kamran Salayev və cərrah Fərid Quliyevdir. Kitabda istifadə olunan rəsimlər də müəlliflər tərəfindən çəkilib.

Əsər Böyük Elin sakit bir sakini olan qeyri-adi oğlanın macəralarından bəhs edir. İliş adlı bu qəhrəmanın bir istedadı var: o hər şeyi hörə bilir və bu işə bütün varlığı ilə bağlıdır. Lakin ətrafdakı insanlardan heç kəs onun istedadına dəyər vermir.

Tale elə gətirir ki, təkliyi sevən bu həssas uşaq doğma Eli bürüyən təhlükəli, fövqəltəbii hadisələrin mərkəzinə düşür, nəticədə uzaq və yad ellərə səyahət etməli olur. Lakin qəhrəmanımız bütün sınaqlardan ləyaqətlə çıxır və bu işdə İlişə ona qəribə aludəçiliyi – hörmə bacarığı kömək edir.

Müəlliflərin dərc etdikləri kitablar barədə daha çox məlumat almaq üçün xüsusi olaraq hazırlanmış Kaf.az portalı da var. Həmin saytda kitabda istifadə olunan rəsimləri yükləmək də olur. Rəngsiz versiyasını yükləyərək uşaqlarınıza rəngləməsi üçün verə bilərsiniz.

pahoo.az

Son xəbərlər
Bütün xəbərlər »