İngiltərədə peçenye yemək müsabiqəsi faciə ilə nəticələnib. Burne şəhərində keçirilən yarışda Betan Qeskin boğularaq ölüb.
Bizimyol.info xəbər verir ki, 24 yaşlı qız rəfiqəsigilə qonaq gələndə fud-çellencdə iştirak etmək qərarı verib. Qaydalara görə, iştirakçı ağzına maksimum sayda peçenye yerləşdirməliymiş. Şirniyyat Betanın nəfəs yolunu tutub, qız huşunu itirib. Qeskini xəstəxanaya çatdırıblar. Orada beş gün komada keçirəndən sonra vəfat edib. Betanın üç yaşında qızı var.
Betan QeskinQızın anası Mişel Qeskin bu yarışa maraq göstərən başqa adamlara çağırış edib. O, hamının bunun necə nəticələnəcəyini bilməsini istəyir.
Betan Qeskin (ortada)İki il əvvəl ABŞ-da buna oxşar hadisə baş vermişdi. Onda da şirniyyat müsabiqəsində bir adam boğulub ölmüşdü.






