Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
40 il ağac əkdi, səhrada böyük meşə yaratdı - Fotolar

Ağac kəsmək dünyanın ən asan işlərindən biridir. Daha vacibi ağac əkmək, planeti yaşıllığa bürüməkdir.

Bizimyol.info xəbər verir ki, hindistanlı Cadav Payenq də üzərinə buna bənzər missiya götürüb. O, 40 ildir ağac əkir. O qədər ağac əkib ki, həmin səhralıq ərazi böyük meşəyə çevrilib. İndi onun yaşadığı Maculi adasında Mulay meşəsi Nyu Yorkdakı mərkəzi parkdan da böyükdür. Meşənin ərazisi Vatikanı 12 dəfə geridə qoyur.

40 il ağac əkdi, səhrada böyük meşə yaratdı © Shutterstock.com

Cadav bu fikrə istidən Brahmaputra çayının sahilində ölən ilanları görəndə düşüb. Onda hindistanlının cəmi 16 yaşı vardı. Gördüyü mənzərə Cadava çox pis təsir edib. Həmin gündən ağac əkməyə başlayıb.

40 il ağac əkdi, səhrada böyük meşə yaratdı © Forest Man / Title Media

Cadavın sayəsində adanın ekosistemi və təbiəti qorunub. İndi meşədə təkcə ilanlar yox, benqal pələngləri, marallar, fillər, kərgədanlar, quzğunlar yaşaya bilir.

40 il ağac əkdi, səhrada böyük meşə yaratdı © Forest Man / Title Media © Shutterstock.com

Payenqi, bəlkə də, heç kim tanımayacaqdı. Fotoqraf Citu Kalita 2007-ci ildə adaya səfər zamanı hadisədən xəbər tutur. Sonradan Cadav haqqında “Meşə adamı” sənədli filmini çəkir.

Son xəbərlər
Bütün xəbərlər »