Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ana məktəbdə aşağı qiymət alan oğlunu küçəyə atdı - Video

Çinin Xenan vilayətində bir məktəbli evə qayıda bilmir. Çünki anası ondan imtina edib.

Bizimyol.info xəbər verir ki, Loyan şəhərində imtahanda aşağı qiymət alan uşaq valideyninin qəzəbinə tuş gəlib. Anası əvvəlcə onu döyüb, sonra isə yol getdikləri yerdə maşından düşürüb. Məktəbli uzun müddət yolun kənarında tək qalıb. Yoldan keçənlər hadisə haqda polisə məlumat verib. Polis hadisə yerinə gələndə uşaq vağzala tərəf istiqamət alıbmış. O, başqa şəhərə getmək istəyirmiş. Uşağın dediyinə görə, anasının etimadını doğrultmağına görə belə cəzaya məruz qalıb. Ondan imtahanda 95 bal gözləyirmiş, o isə 81 alıb.

Polis məktəblinin anası ilə əlaqə saxlayıb. Qadın yenə uşaqdan imtina edib, “mənə belə oğul lazım deyil” deyib. Uşağı polis idarəsindən dayısı götürüb.

Son xəbərlər
Bütün xəbərlər »