Biz də sizə çılğın hesab edilən qəhrəman fiziklərin beşini təqdim edirik.
Albert Einstein
Xüsusi və ümumi nisbilik qaydalarını fizikaya qazandıran, zaman-məkan və maddə anlayışlarını daha yaxşı başa düşməyimizi təmin edən və E=mc^2 formulu ilə könlümüzdə taxt qurmuş dahi fizik Albert Eynştein.
Richard Feynman
Fizik olmasından əlavə, rəngli şəxsiyyəti ilə diqqət çəkən və eyni zamanda bongo barabançısı olan Riçard Feynman. Parçacıq fizikasını vizuallaşdırmağımızı təmin edən Feynman diaqramlarını da məhz o tapmışdır.
Stephen Hawking
Müasir dövrün ən ağıllı fiziklərindən Stephen Hawking keçirdiyi xəstəliyə baxmayaraq qara dəliklər üzərinə ciddi işlər görmüşdür. Məşhur alimin məqsədi filminə də ad olmuş Hər Şeyin Nəzəriyyəsini (The Theory of Everything) tapmaqdır.
Isaac Newton
Bir alma ilə dünyanı yerindən oynadıb, planet və ulduzların hərəkətiylə cisimlərin yerə düşməsini eyni qüvvə, yəni cazibə qüvvəsinin etdiyini kəşf edən klassik fizikanın banilərindən Nyuton. Onun kəşfləri o qədər böyük təməldir ki, Fizikaya giriş dərsləri məhz Nyuton qanunları ilə başlayır.
James Clerk Maxwell
Elektrik və maqnetizmin bir-birindən müstəqil olmadığını sübut edərək, müasir fizikada yeni bir dövr açan məşhur Maksvel tənliklərinin yaradıcısı Ceyms Klerk Maksvel.
pahoo.az






