İsmail Serageldin: “Tarixi şəhərlərin mədəni irsi qorunaraq gələcək nəsillərə ötürülməlidir”
“İnkişaf etməkdə olan ölkələrin bir çoxunda tarixi şəhərlərin zəngin mədəni irsi qeyri-rəsmi yaşayış məntəqələri və gecəqonduların təzyiqi altında qalır”.
Bizimyol.info xəbər verir ki, bunu İsmail Serageldin Bakıda keçirilən World Urban Forum 13 (WUF13) çərçivəsində çıxışı zamanı deyib.
O bildirib ki, şəhərsalma sahəsində həyata keçirilən fəaliyyətlər tarixi və mədəni irsin qorunmasına, onun yenilənərək gələcək nəsillərə ötürülməsinə xidmət etməlidir. Serageldin qeyd edib ki, bu irsin bir hissəsi UNESCO dünya irsi siyahısına daxil olan məkanlardır və onların qorunması xüsusi əhəmiyyət daşıyır.
Ekspert əlavə edib ki, gələcəyin şəhərləri təşəbbüsü çərçivəsində beynəlxalq əməkdaşlıq və tərəfdaşlığın gücləndirilməsi vacibdir. O, təşəbbüsün məhz Azərbaycanda təqdim olunmasını da yüksək qiymətləndirib.
Leyla Mirzə, Bizimyol.info