Gürcüstanlı media mütəxəssisi İoane Şaismelaşvili: "Dezinformasiyaya qarşı sərt tənzimləmələrə ehtiyac var"
Bakıda Azərbaycan-Gürcüstan Media Forumu öz işinə başlayıb. Gürcüstandan gəlmiş media mütəxəssisi İoane Şaismelaşvili deyib ki, dezinformasiya ildən-ilə daha "özündənrazı" xarakter alır.
Gürcüstanlı ekspert seçkilər zamanı dezinformasiya kampaniyasına toxunaraq deyib ki, siyasi sifarişlə cəmiyyətin məlumatlandırılması qarşıdurmanı gücləndirib. İoane Şaismelaşvili bildirib ki, bununla bağlı müvafiq qanunlar qəbul edilməlidir: "Cəmiyyətin radikallaşdırılması həm Azəraycanda, həm Gürcüstanda ciddi narahatlıq yaradır. Ona gprə də daha sərt tənzimləmələrə ehtiyac var".
Ekspert qeyd edib ki, dezinformasiya yayanlar insanların duyğularını istismar edir və düşüncəsini yanlış yönləndirir.
İoane Şaismelaşvili bu sahədə iki ökənin daha sıx əməkdaşlığına ehtiyac olduğunu vurğulayıb.
Seyid Əhmədli, Bizimyol.info