Şuşada xeyli silah-sursat aşkarlandı - Video
Şuşada xeyli silah-sursat aşkarlandı - Video

Şuşada külli miqdarda silah-sursat aşkarlanıb.

Bizimyol.info xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Daxili İşlər Nazirliyi (DİN) və Minatəmizləmə Agentliyi birgə məlumat yayıb. DTX tərəfindən DİN və Minatəmizləmə Agentliyi ilə birgə Qarabağ ərazisində qanunsuz odlu silah və partlayıcı maddələrin saxlanıldığı gizli saxlanc yerlərinin axtarışı ilə bağlı görülmüş tədbirlər nəticəsində Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində xeyli silah-sursat aşkar edilərək götürülüb. Göstərilən istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.