Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bağlanan bankın binasını “ASAN xidmət" aldı - Fotolar
Keçmiş "Texnikabank” ASC-nin Atatürk prospekti, 1107 saylı ünvanında ("Gənclik” metro stansiyasının yaxınlığında) yerləşən baş ofisinin binasında "ASAN Kommunal” mərkəzi fəaliyyətə başlayacaq.

Unikal.org-un əldə etdiyi məlumata görə, Nərimanov rayonu, Oqtay Kərimov küçəsində yerləşən binada təmir-bərpa işlərinə başlanılıb. Təmir işlərinin yaxın aylarda yekunlaşacağı gözlənilir.

Mərkəzdə "Azərişıq" ASC, "Azərsu" ASC, "Azəriqaz" İB tərəfindən müxtəlif növ xidmətlər göstəriləcək.

Təmir işlərini aparan "Consol Group"dan sözügedən məlumatı Unikal.org-a təsdiqləyiblər.

Son xəbərlər
Bütün xəbərlər »