Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İş yerində ölüm hadisələrinin səbəbi...- Araşdırma

Rusiyada 2017-ci ildə 2, 6 min insanın iş yerində vəfat etdiyi bildirilir.

Moderator.az Rusiya KİV-nə istinadən xəbər verir ki,”Rostrud” dövlət müfəttişliyi bu yaxınlatda iş yerlərində adamların ölümünün səbəblərini təhlil ediblər və məlum olub ki, heç də bədbəxt hadisələr və ağır xəstəlik ölümün başlıca səbəbi deyil.

Ürək-damar sisteminin problemləri ən birinci səbəb kimi göstərilir.

Müfəttişlikdə qeyd ediblər ki, ən çox 49- 64 yaşında olan kişilər daha çox risqə məruz qalırlar. Məsələ burasındadır ki, bu qrupdan olan adamların 40%-i ürək xəstəliklərinə, qan təzyiqinə, yüksək xolesterinə və siqaret çəkməyə tutulmuş olur. Burda qadınlar cəmi 7% təşkil edir.

Eyni zamanda Müfəttişliyin mütəxəssisləri qeyd edirlər ki, Rusiyada iş yerində ölüm hadisələrinin səbəbi spirtli içki qəbul etmə və intihardır. Müfəttişlər bildiriblər ki, ölüm barədə məlumatlar ölkədəki ümumi situasiya ilə uyğundur.

Təkcə 2017-ci ildə iş yerlərində 2, 6 min ölüm qeyd olunub, onlardan 100-ü alkoqoldan ölüb, 120-si isə intihar edib. KİV qeyd edir ki, Rusiyada kişilərin 39% -i spirtli içkilər ucbatından 60 yaşına çatmır.

Son xəbərlər
Bütün xəbərlər »