Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hakan Fidan Al Tani və Asim Munirlə ABŞ-İran danışıqlarını müzakirə edib
Hakan Fidan Al Tani və Asim Munirlə ABŞ-İran danışıqlarını müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani və Pakistan Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Asim Munirlə telefon danışığı aparıb.

"Report" xəbər verir ki, bu barədə "TRT Haber" Türkiyə XİN-dəki mənbələrdən məlumat əldə edib.

Bildirilib ki, söhbət zamanı İran və ABŞ arasındakı danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Daha əvvəl yayılan məlumata görə, İran danışıqların ilk növbədə Hörmuz boğazındakı problemlər, sonra dondurulmuş İran aktivlərinin blokdan çıxarılması və sonda nüvə proqramı üzrə aparılmasını təkid edir.

Son xəbərlər
Bütün xəbərlər »